"Sabah bizi çətin oyun gözləyir. Çalışmalıyıq ki, müdafiədə diqqətli olaq, öz şanslarımızı dəyərləndirək.
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Xayme Romero Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Sevilya" ilə oyundan əvvəl deyib.
Matçöncəsi mətbuat konfansında çıxış edən ispaniyalı futbolçu vətənində oynamağın fəxr olduğunu bildirib: "Çox təəssüf ki, "Qranada"da oynayanda bu stadionda oynamaq mənə nəsib olmayıb. Deyəsən, cəzalı idim. Hər bir ispan üçün burda oynamaq fəxrdi. Sabah ailə üzvlərimiz də tribunada olacaq".
Qeyd edək ki, "Sevilya" - "Qarabağ" matçı 29 noyabr tarixində Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Fanat.Az