11:53 29.11.2019 1373

Maksim Medvedev: \"İmkan vermirdilər...\"

"Sevilya"nın bizim üçün yaxşı rəqib olduğunu bilirdik. Matçda da rəqibin bizdən daha yaxşı futbol nümayiş etdirdiyini gördük. Bu da komandalar arasında böyük fərq olduğunun göstəricisidir".


Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 5-vi turunda "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.


32 yaşlırəqibin güclü təzyiqi ilə üzləşdiklərini bildirib: "Oyuna çıxanda bizi heç-heçə də qane edirdi. Ona görə də birinci hissədə və ikinci yarının əvvəlində irəli tam qüvvə ilə getməməyə, diqqətimizi müdafiəyə yönəltməyə çalışırdıq. Ancaq 90 dəqiqə müdafiə olunmaq da arabir alınmır. Rəqib təzyiq edir və belə problemlər yaşanır. Bəzi epizodlarda qapımızı xilas edə bilirdik. Müdafiəçimizdən səkən top qapımızdan keçdi. Bundan sonra itirəcəyimiz bir şey qalmamışdı. Məcbur olub sistemi dəyişdik, keçdik 4 müdafiəçiyə. Artıq futbolçularımız da yorğun idi. Hücum futbolu nümayiş etdirməyimiz üçün əvəzetmələr oldu. Bundan sonra açıq futbol getdi. Belə olan halda da hamı rəqib oyunçularla təkbətək qalırdı. Ona görə də futbolçularımızın bəzilərinin ayaqlarında qıcolmalar olurdu".


Görüşdə müdafiənin mərkəzində yer alan Medvedev sol cinahda çıxış edən Ailton Silva və Abdullah Zubirin oyununu dəyərləndirib: "Zubir fərdi olaraq çox güclü futbolçudur. Ən yaxşısını etməyə çalışırdı. Hamı xaricdə oynamaq istəyir, bütün menecerlər belə oyunları izləyirlər. Təəssüf ki, Zubir də bizim kimi müdafiə olunurdu. Nəsə göstərməsinə imkan yox idi. O, futbolçuları təkbətəkdə keçməyə öyrəşib. Amma bu gün buna imkan vermirdilər. Ailtona gəlincə, onun 25 yaşı var. Daha yaxşı komandaya keçmək üçün özünü göstərmək istəyirdi. Potensialı var. Ona görə də bu gün çox mübarizə aparırdı".


Növbəti mərhələ şanslarını itirmələrinə münasibət bildirən Maksim Medvedev futbolçularının vacib oyunlar öncəsi zədələnmələrindən naragat olduğunu deyib: "Əvvəlki illərlə müqayisədə builki qrup daha münasib idi. APEOL-i Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 udduq, evdə isə 0:2 uduzduq. Bizim üçün çox maraqlı komanda oldu. Bir-birimizi narahat edirdik. Kipr təmsilçisi indi "Düdelanj"ı 2:0 udub. Ona görə də artıq şans qalmayıb. Qrupdan ikinci yerlə çıxmaq istərdik. Ən vacib məqamda oyunçularımız zədələnir. Diqqət yetirməliyik ki, inanıb aldıqlarımız bizə böyük oyunlarda kömək etsinlər".


Fanat.Az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X