Avropa Liqasında
"Qarabağ”la eyni qrupda yer alan APOEL-in baş məşqçisi Tomas Doll pley-offa vəsiqə
qazanmalarını şərh edib.
Fanat.Az Kipr mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis
səfərdə "Düdelanj"a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat
konfransında bunları deyib:
"Növbəti mərhələyə çıxmaqtamhaqqımız idi. Əsas görüşlərdə
xal toplaya bildik - Bakını heç-heçə ilə tərk etdik, evdə isə "Qarabağ”a qalib
gəldik. Qrup mərhələsinin əvvəlində gözlənilmədən "Düdelanj”a uduzmuşduq.
Sonradan bunun təsadüfi olduğunu sübut etdik".
Xatırladaq ki, "Qarabağ”ın "Sevilya”ya 0:2 hesabı ilə
uduzması və APOEL-in "Düdelanj”ı eyni hesabla üstələməsi Nikosiya təmsilçisini
pley-offa yüksəldib.
Fanat.Az