10:31 30.11.2019 1641

Cabir İbrahimov “Kəpəz”dəki maliyyə qalmaqalının təfərrüatını açıqladı

"Kəpəz”də baş verən məşhur qalmaqalın 2 ili tamam olur. Gəncə klubunda maliyyə yeyintisinin aşkar olunduğu, Müşahidə Şurasının sədr müavini Mikayıl Nərimanoğlunun futbol təsərrüfatından qovulması ilə nəticələnən olaylar hələ də yaddaşdadı.Eyni zamanda AFFA-nın mətbuat xidmətinin rəhbəri olan Mikayıl bəyin günahı audit yoxlamalarından sonra təsdiqlənmişdi. Külli miqdarda yeyintinin əsas səbəbkarı kimi Nərimanoğlunun cinayət məsuliyyətinə cəlb edilməsi gözlənilirdi. Lakin sədr müavinin şəriki olduğu deyilən AFFA-nın baş katibinin - Elxan Məmmədovun sayəsində qalmaqalın üstü örtüldü. Mikayıl bəy canını Gəncədə yeni aldığı evini satmaqla, yediyi pulları geri qaytarmaqla qurtardı.
 
Təsadüfi deyil, yoxlamalardan sonra klubun AFFA-ya borcu olması haqda fakt aşkarlandı. Bütün maliyyə assosiasiyadan gəldiyi halda yekunda nonsens sayıla biləcək reallıq yaşandı: "Kəpəz”in əlinə baxdığı təşkilata 120 min manat borcu yaranmışdı və həmin məbləğ Mikayıl bəydən alınaraq geri ödənildi.
 
Əslində, borc daha çox olmalıydı. Yoxlamalar son bir ili əhatə etmiş və baş katibin tapşırığı ilə bir çox məqamlara göz yumulmuşdu. Halbuki 3 illik fəaliyyəti dövründə Nərimanoğlunun təqribən 300-400 min manatın arxasına keçdiyi deyilirdi.
 
Qaranlıq məqamlara aydınlıq gətirmək üçün Gəncə klubunun ovaxtkı icraçı direktoru Cabir İbrahimovu aradıq. Çünki olayların episentrində bu şəxs dayanırdı və maliyyə yeyintiləri də bu cavan oğlanın şikayətindən sonra üzə çıxmışdı.
 
- İndi nə işlə məşğulsuz?
- Demək olar, boşam. Kiçik bizneslə.
 
- Futbol sahəsinə necə düşmüşdüz?
- İnfrastruktur üzrə mütəxəssis kimi gəlmişdim. Gəncə stadionunda işləməliydim. Məlum məsələlərdən və Mehman Allahverdiyev "Kəpəz”dən ayrılandan sonra şəhər rəhbərliyi tərəfindən məsləhət oldu, icraçı direktor postu təklif edildi, qəbul etdim.
 
- Futbolda qəfil peyda olmağınız da qəribə oldu...
- İş üçün özüm müraciət etmişdim. İdmançı, cavan kadr idim. Stadionla bağlı iş olduğu üçün məni bura göndərdilər. İdman sahəm olduğuna görə belə məsləhət bildilər. İdarəçiliyi bacardığım üçün 2016-cı ilin yanvarında məni infrastruktur üzrə mütəxəssis təyin etdilər.
 
- Sonra icraçı direktor olduz.
- Hə. Həmin ilin sentyabrında.
 
- Düz bir il sonra isə ölkə futboluna səs-küy salan hadisələr baş verdi. Siz Gəncə klubundakı maliyyə maxinasiyalarının üzə çıxmasının səbəbkarı olduz...
- Əslində, hər şeyi artıq təyinatımdan qısa müddət sonra gördüm. 2 ay sonra – noyabrda Mikayıl Nərimanoğlu ilə ilk ciddi münaqişəmiz oldu. "Kəpəz”in Müşahidə Şurasının sədrinin müavini kimi əsas idarəçi olan bu şəxs AFFA-nın maraqlarını təmin edirdi. Bu qurumdan göndərilmişdi və əsas idarəçi idi.
 
- Münaqişəyə səbəb nə idi?
- Həm gəncəli, həm də bir idmançı kimi "Kəpəz”ə ürəyim yanırdı. İlk öncə klub işçilərinin durumunu düzəltməyə çalışdım. Normal büdcə var idi, lakin məşqçilərə, klub işçilərinə layiq olduqları dəyər verilmirdi. Onlar çox kiçik məbləğdə əməkhaqqı alırdı. Ekipirovkalarla, qidalanmayla bağlı ciddi çatışmazlıqlar var idi. Maliyyə məsələlərində də əyriliklər göz deşirdi, sənədlər stolumun üstündən keçirdi, görürdüm. Məndən əvvəl də olmuşdu, mənim dövrümdə də var idi. Hamısı da Mikayıl müəllimin təzyiqi ilə reallaşırdı. Hadisələr böyüyəndən sonra klubun mühasibi Mənsurə Məmmədova müsahibəsində demişdi ki, Nərimanoğlundan xəbərsiz heç bir iş görməmişəm. Mikayıl müəllimə dəfələrlə irad bildirmişəm, o isə deyirdi ki, bizdə sistem belədi. Ümumi AFFA sistemi bu cür işləyir, rəhbərliyin hər şeydən xəbəri var. Biz məsələləri ictimailəşdirdik, qanunsuz olduğu aydınlaşdı, kimlərsə cəzalandı. AFFA-da, bu qurumun nəzarətindəki klublarda isə eyni proseslər hələ də davam edir və tədbir görən yoxdu.
 
- Konkret nə?
- Bir çox məbləğlər var idi ki, şişirdilmiş halda yazılırdı. Pullar təyinatı üzrə xərclənmirdi, olmayan xərclər qondarılırdı. Çörəyin qiyməti 50 qəpikdi, bunu hamı bilir, amma onların hesabatında 1 manat 50 qəpik yazılırdı. O tək Nərimanoğlunun günahı deyildi. Mən məsələnin üstünü açdım, danışdım, problemdən xəbərdar oldular. AFFA-nın baş katibi Elxan Məmmədov lazım olan şəxsləri təftişə göndərdi, hər şey dəqiqləşdi, hansısa yollarla qanunsuzluqların üstü açıldı, əyrilikləri tapdılar. Bəs, maraqlıdı, AFFA-dan daha öncə gələn audit yoxlamaları hara baxırmış, niyə eyni şeyləri üzə çıxarmırdılar? Bunlar 10-15 ildi bu sahədədilər, niyə mənim şikayətiməə kimi hər şeyə göz yumurmuşlar? Nə olsun ki, klub rəsmiləri qol çəkib, axı, siz dəqiq baxmalısız... Maddi maraqmı var?
 
Mənbə: futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

Facebookdan bizi izləməyi unutmayın.
X