18:57 30.11.2019 2446

Meydan sahiblərinin günü: \"Keşlə\" və \"Qəbələ\" sevindi

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start verilib. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. 

Turun açılış matçı Qəbələdə keçirilib. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edib. 3 qolun vurulduğu oyunda meydan sahibləri darmadağına sevinib - 3:0. Hesabı 13-cü dəqiqədə Rövlan Muradov açıb. 41-ci dəqiqədə Fernan Lopez fərqi artırıb. 70-ci dəqiqədə isə Davit Volkov son nöqtəni qoyub.

Bu qələbə sayəsində xallarını 12-yə yüksəldən "qırmızı-qaralar" ən azı bir günlük "Səbail"i son pilləyə göndərib. "Zirə" isə 14 xalla 5-ci pillədə qərarlaşıb. 

Günün digər oyunu Bakıda baş tutub və "Keşlə" "ASCO Arena"da "Sumqayıt"la qarşılaşıb. Bu oyunda da 3 qol vurulub və meydan sahibləri qələbə qazanıb - 2:1. Hesabı 16-cı dəqiqədə Miyusko Boyoviç açıb. 54-ü dəqiqədə Lorenzo Frutos fərqi iki topa çatdırıb. 66-cı dəqiqədə isə Əmir Ağayev "Sumqayıt"ın təsəlli qolunu vurub.

Xal hesabını 22-yə çatdıran "Keşlə" "Neftçi"ni geridə qoyaraq ən azı bir günlük ikinci pilləyə yüksəlib. "Sumqayıt" 17 xalla 4-cü yerdə qalıb. 

Qeyd edək ki, XIII turun digər qarşılaşması sabah baş tutacaq. "Səbail" "Neftçi"ni qəbul edəcək. Tura dekabrın 2-də keçiriləcək "Sabah" - "Qarabağ" dueli ilə yekun vurulacaq. 
 
Premyer Liqa
2019/20 mövsümü
II dövrə, XIII tur

30 noyabr
Qəbələ - Zirə 3:0
Qollar: Rövlan Muradov, 13. Fernan Lopez, 41. Davit Volkov, 70.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Azər Bağırov.
Zirə: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodriges, 25. Miloş  Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Zaur Həşimov.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Qəbələ şəhər stadionu.

Keşlə - Sumqayıt 2:1
Qollar: Miyusko Boyoviç, 16. Lorenzo Frutos, 54 - Əmir Ağayev, 66.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 22. Sərtan Taşqın, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"ASCO Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

12

8

3

1

21:5

27

2

Keşlə

13

6

4

3

16:10

22

3

Neftçi

12

6

3

3

20:11

21

4

Sumqayıt

13

5

2

6

17:19

17

5

Zirə

13

3

5

5

14:21

14

6

Sabah

12

3

4

5

14:15

13

7

Qəbələ

13

3

3

7

13:23

12

8

Səbail

12

3

2

7

9:20

11

Bombardirlər

Lorenzo Frutos (Keşlə) - 6. Mehdi Şərifi (Sumqayıt), Peyman Babayi (Sumqayıt), Stiven Monroz (Neftçi), Davit Volkov (Qəbələ) - 5. İsmayıl İbrahimli (Qarabağ), Maqaye Qeye (Qarabağ), Xulio Sezar Rodrigez (Zirə) - 4.


Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X