"Sabah”ın U-14 komandası Gürcüstanın paytaxtı Tiflisdə keçirilən "Audi Cup” turnirində iştirak edir.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, komanda turnir çərçivəsində ilk oyununu İspaniya təmsilçisi "Levante”yə qarşı keçirib.
Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. "Sabah"ın yeganə qoluna matçın son dəqiqəsində penaltidən Anar Cəbiyev imza atıb.
"Sabah” növbəti oyununu bu gün yerli "Saburtalo”ya qarşı keçirəcək
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol