17:12 13.12.2019 2168

İK-nın iclasından stenoqram

Elxan Məmmədovun AFFA-sında İcraiyyə Komitəsinin iclası yekunlaşıb. Bəyimizin işçiləri qarşılarına yazılı qoyulan əmrləri, tələbləri yekdilliklə qəbul ediblər. Səbrsizliklə gözlənilən "Kim birinci əl qaldıracaq” müsabiqəsinin budəfəki qalibi İsgəndər Cavadov olub. Qalib xüsusi təqaüdlə mükafatlandırılıb. Qalib adına fovaritlərdən sayılan Vaqif Sadlqov isə "falstart” edib. Belə ki, Elxan Məmmədov təkliflərə başlamamış Vaqif müəllim səbrsiz davranıb. Əlini qaldıraraq "mən razıyam” deməklə iclasın şablon qaydalarını pozub və müsabiqədə iştirak hüququnu itirib. 

Tam demokratik şəraitdə keçən iclasda cəzalananlar da olub. Belə ki, cənab Elxan Məmmədovun çıxışına diqqətlə qulaq asmayan Zaur Axundov "şifahi xəbərdarlıq” alıb. Vaqif Sadıqovun məruzəsinə əsasən çıxış zamanı Axundovun qarşısına qoyulan gündəliyin arxa tərəfinə neft tankeri çəkməsi sübut olunub.

Daha bir maraqlı cəza Mahir Məmmədova verilib. Vaqif Sadıqov əlahəzrət Məmmədova təqdim etdiyi "donos”da maraqlı fakt üzə çıxarıb. Mahir Məmmədovun Yurçeviçin səhvləri ilə bağlı cızdığı oyun sxemində futbol topu ilə şahmat topunun səhv salması aşkarlanıb. İK üzvləri tərəfindən şiddətlə qınan Mahir bəyə iclasın sonuna qədər ayaq üstə qalması tapşırılıb. Qərara nəzarət Vaqif Sadıqova həvalə olunub.

İclasda iştirak etməyən Elmar Məmmədyarovla telefon bağlantısı yaradılıb. 13 dəqiqəlik telefon danışığından sonra Elmar bəyin yanından ingilis dilində kiminsə danışdığı eşidilib. İK üzvləri bundan sonra başa düşüb ki, nazir ölkədə deyil. Cənab Məmmədov Məmmədyarova 8 yanvar iclasında təkliflərlə iştirak etməsi barədə tapşırıq verib. Onu da qeyd edib ki, təkliflərinin tərcüməsi mütləq 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmalıdı. Məmmədyarov üçün notariat kontorunda növbə götürmək səlahiyyəti Vaqif Sadıqova həvalə olunub. 

Gərgin keçən demokratik iclasda söz atışmaları da olub. Bütün işlərə nəzarətin Vaqif Sadıqova tapşırılmasına etiraz edən Rauf Əliyev Elxan bəyin sözünü kəsib. Bunun müqabilində də baş katibdən sillə kimi sözlər eşidib. Belə ki, Məmmədov Rauf bəyə "Oturun! Bura sizin üçün Milli Məclis deyil ki, özünüzü buraxasınız” deyib. Rauf Əliyevə bir stəkan su verib yerinə otuzdurmaq Vaqif Sadıqova həvalə olunub.   

Danışılmış oyunlarla bağlı da ciddi müzakirələr aparılıb. Baş katib bu virusun futbolumuzdan təmizlənməsi üçün beynəlxalq təcrübələrdən yararlanmağı təklif edib. 

Daha sonra danışılmış oyunlarla bağlı təklifi olan Vaqif  Sadıqova söz verilib. 

O, belə bir təcrübə üçün uzağa getməməyi məsləhət görüb. Vaqif bəy buna bənzər problemin vaxtı ilə təhsildə olduğunu, hal-hazırda kökünün kəsildiyinin vurğulayıb. Təklif edib ki, növbəti iclasa Firudin Qurbanovun direktorundan icazə alıb İK-da dinləsinlər. Məktəblərdə "süpürgə pulu”na qarşı mübarizə metodunu eyni ilə futbola tətbiqinin mümkünlüyünü qeyd edib. Bu təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Elxan Məmmədov Vaqif Sadıqova da öz təklifinə əl çalmasını tapşırıb. 

Gərgin keçən iclasın pik nöqtəsi İK-nın üzvü Kazbek Tuayevlə Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayev arasında söz atışması olub. Məmmədov Tuayevə "Kazbek müəllim, buyurun, sizi də dinləyək” deməsindən sonra fitilə od vurulub. Zala çökən ani sükut zamanı "adına qurban” eşidilib. Musayevin atmacası olduğundan şübhələnən Kazbek bəy "Tı kto takoy?” söyləyərək Musayevin üzərinə gedib. Bunu cavabsız qoymayan PFL prezidenti "Ya tvoy... Lənət şeytana, deyəcəm indi” deyərək əsəbi şəkildə ayağa qalxıb. Lakin Vaqif Sadıqovun "sayıqlığı” gərginliyi aradan qaldırıb. Belə ki, mütəxəssis Elxan Məmmədovun qulağına "Zaur idi” pıçıldayıb və baş katib tərəfləri sakitləşdirib. 

Saatına baxan əlahəzrət konfransın vaxtının bitdiyinə işarə edərək "Qurban müəllim, sizin təklifləri başqa vaxt dinləyərik” deyib. 

Bu an masanın baş tərəfindən "A8” və cavab olaraq "ubito” səsi gəlib.  

Elxan Məmmədov üzünü "morskoy boy” oynayanlara tutub "müəllim, icazənizlə konfransı yekunlaşdıraq” təklifini irəli sürüb. 

Əvvəlcə AFFA başqanı, sonra vitse-prezident başları ilə razılıq işarəsi verib. Beləliklə, hamı qalxıb bir-bir salonu tərk edib. 

Məmmədov Sadıqova asta səslə "Musayein masasında nə kağız-kuğuz varsa götür gəl kabinetimə, işıqları da sən söndür” deyərək zaldan çıxıb...

Gördüyünüz kimi, bəyimiz Azərbaycan futbolunun gələcəyinin işıqlarını, öz yetirmələrinin - vaqif sadıqovların əli ilə söndürməyi uyğun variant sayıb. 

Kabinetə çökən bahalı parfüm qoxusu futbolumuzun üfunətinə qarışmasın deyə, Vaqif Sadıqov qapını bərk örtüb və tələsik addımlarla işıq gələn tərəfə gedib...

Əli Sahib
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
18:53

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X