17:49 14.12.2019 1750

Qurban Qurbanov mükafatlandırıldı - FOTOLAR

Qurban Qurbanovun ilin ən yaxşı məşqçisi kimi mükafatandırılması mərasimi keçirilib.

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda qalib olan Qurban Qurbanova mükafatı Komanda.az saytının baş redaktoru Rəşad Ergün tərəfindən təqdim olunub. 47 yaşlı mütəxəssis 10-cu dəfə bu mükafata layiq görülməsiylə bağlı bunları deyib:

"Hər dəfə bu adı qazananda həqiqətən çox sevinirəm və daha çox məsuliyyətli oluram. Bir dəfə məndən soruşmuşdular ki, "içinizdə qorxursuzmu”, demişdim "bəli”. Çünki hər zaman uğursuzluq ola bilər. Sizə söz vermişəm ki, hər zaman məsuliyyətli olmağa çalışacam. Azərbaycana və Azərbaycan futboluna fayda verməyə çalışacam. Bəzi reallıqlar var ki, hansısa komanda bizdən güclü olur. Hər zaman stabil qalmaq asan deyil. Təkcə futbolda deyil, həyatda da görürük ki, bəzən hansısa narahatlıqlar olur.

Bu gün "Qarabağ”ın Avropa Liqasının qrupunda olub-olmamasından asılı olmayaraq, hər zaman istəmişəm ki, azı bir klubumuz qrupda oynasın. Bu, bizim üçün çox yaxşıdır. Gələn komandalardan nəsə alırıq, öyrənirik. Hər il nəsə bir yenilik olur. Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün bir şans olur. Hər zaman istəyirik ki, uğurlarımız daha çox olsun. Biz çempionluğu çətin əldə etdik, sonra qrupa düşmək kimi məsələlər heç də asan olmadı. Söz verirəm ki, həvəsdən düşməyim. Öz üzərində çalışım. Öz işimizi düzgün yerinə yetirsək, uğur da olacaq. Hər kəsə məni bu mükafata layiq gördüyünüz üçün təşəkkür edirəm. Bəzi kütlələrin verdiyi dəyər fərqli olur. Sizin verdiyiniz dəyər mənim üçün çox önəmlidir. Siz daim idman ictimaiyyətinə bizim işimizi daha ətraflı çatdırırsız. Sizin də işiniz fərqlidir. Hər zaman doğru olmalısız. Çətinlikləriniz çoxdur, son zamanlar ümumi problemlər daha çoxdur. Hamımız bunu başa düşürük, siz də həvəsdən düşməyin”.
 





Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
19:08

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X