"Sabah” komandasının Türkiyənin Antalya bölgəsində keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ilk rəqibi müəyyənləşib.
Fanat.az xəbər verir ki, Jelko Sopiçin rəhbərlik etdiyi kollektiv Macarıstanın "Pakş” komandası ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Bu yoxlama görüşü yanvarın 11-də baş tutacaq.
Qeyd edək ki, "Sabah" Antalyada 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Fanat.az