15:13 23.12.2019 2355

Kamran Quliyevin münəccim məntiqi

"Neftçi”nin susqun başqanı Kamran Quliyevin gec-tez Qurban xocanın komandasının öhdəsindən gələ bilməyən Roberto Bordini qurban verəcəyi öncədən bəlli idi.

 

Ötən ilin dekabrında "qış çempionu” olan Bakı təmsilçisinin sonradan böyük üstünlüyü qoruya bilməməsi faktdır. Uzun müddətdi hamisi Elxan Məmmədovsayağı mətbuatdan qaçan adam deyəsən, "yuxarı”dan yeni tapşırıq alıb. İtalyalı çalışdırıcının yola salınacağı, yerinə başqa əcnəbinin gətiriləcəyi ilə bağlı yazılanlar həqiqətin özüdü.


Ortada qəribə məntiq var. Bunu namizədlərin kimliyi haqda düşünəndə də anlamaq olur. Bu gün üçün məsələyə məhz 2 əsas namizəd prizmasından yanaşmaq daha doğru olar. APOEL-dən ayrılan Tomas Doll və BATE-nin sabiq çalışdırıcısı Aleksey Baqa italyanın potensial xələfləridi.


Lider "Qarabağ”ı özündən 6 xal irəli buraxan "ağ-qaralar”ın rəhbərliyi ağdamlılarla duellərdən üzüağ çıxmış əcnəbi mütəxəssislərə elçi düşüb. Görünən budur ki, Kamran Quliyev – Ceyhun Sultanov cütlüyünün başqa variantı qalmayıb. Məsələnin ən acizanə tərəfi isə AFFA-nın baş katibinin göstərişi ilə "Sumqayıt”ı atıb "Neftçi”yə yollanan prezidentin indidən ümidini itirməsi, belə desək, mövsümün ortasında ağ bayraq qaldırmasıdır...


Bəylərin yuxarıda qabartdığımız məntiqə sığınmasının özündə də səriştəsizlik qoxusu var. Sanki qitəmiqyaslı oyunlarda "Qarabağ”ın baş məşqçisinin öhdəsindən gələ bilməyən Bordini Ağdam təmsilçisini üstələməyi bacaran mütəxəssislərdən biriylə əvəzləmək vəziyyətdən çıxış yoludur.

 

Futboldakı uğurların belə dəyişikliklər sayəsində qazanıldığına ümid etmək üçün sadəcə Kamran Quliyev olmalısan. Baş verənlərdən nəticə çıxarmağı bacaranlar isə səriştəsiz idarəçilikdən irəli gələn boşluqların Baqa və ya Dolla dolmayacağına əmindi. "Neftçi”də xərclənən milyonların qarşılığını yalnız gerçək futbol məntiqiylə təhlillər aparan, yanlışlıqlardan vaxtında nəticə çıxaran futbol funksionerləri verə bilər. Münəccimliyi, falçılığı xatırladan gedişlərdən yeni-yeni yenilgilər boylanır. İnanmırsız? Gəlin, gözləyək.

 

 

Topçubaşı

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 May 2025
00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

21:42

DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi

21:20

Premyer Liqada 2025/2026 mövsümünün start tarixi açıqlandı

21:09

Mövsümün ən yaxşıları mükafatlandırıldı - FOTOLAR

20:52

İngiltərədə bunu "Çelsi"dən başqa heç kim bacarmayıb - Rekord

20:14

Nelson Semedu İngiltərə nəhənginə qoşulmaq üzrədir

19:50

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər

19:16

Minifutbol: İngiltərə ilk 1/4 finalçı oldu

18:49

İki aydır uduzmayan Bundesliqa klubu baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

18:14

"Əməlli-başlı ruh düşkünlüyünə qapılmışdım" - Antoni

17:50

Azərbaycan millisinin üzvü Niderlandın elita klubunda - RƏSMİ

17:34

"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı

17:16

Kilian Mbappe oyun nömrəsini dəyişir

16:58

Qakpo "Liverpul"u bu kluba dəyişə bilər - SON DURUM

16:40

Kapello "Milan"ı kimin çalışdırmalı olduğunu dedi: "Mən onu seçərdim"

16:21

Legioner limitinin ləğvi qərarında boşluq var - "İşbazlar" pusquda

16:03

Raul "Real Madrid"dən getdi - RƏSMİ

15:44

"Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq" - Elmar Baxşıyev

15:26

Rafael Ağayev millinin məşqini izlədi - FOTOLAR

15:08

Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

14:50

Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçuların adları bilindi

14:34

"Araz-Naxçıvan"ın hazırlıq planları dəqiqləşdi

14:16

Elmar Baxşıyev yeni müqavilə imzaladı - RƏSMİ

13:58

Zanyolo iki futbolçunu vurdu - "Roma" bəyanat yaydı

13:39

"Şamaxı" kapitanını yola saldı - RƏSMİ

13:21

"Mançester Siti"dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif - MƏBLƏĞ

13:02

"Milan"ın yeni idman direktoru bilindi - RƏSMİ

12:43

Nkunku "Çelsi"ni tərk edəcək, Londonu yox

12:24

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

12:05

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

11:46

Azərbaycanın millisi Litva yığması ilə üz-üzə

11:28

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

11:09

"Barselona"da yeni oyunçu - Razılıq əldə olundu

10:50

"Liverpul"un çempionluq paradında faciə - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X