02:14 26.12.2019 1653

Tahir Süleymanov: "Əjdahalar siçan yuvalarını birdəfəlik betonlayacaq"

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov  bayram ərəfəində ölkə futbolundakı mövcud durumu dəyərləndirib.

Fanat.Az beynəlxalq dərəcəli hakimin feysbuk hesabında yazdığını olduğu kimi təqdim edir:

 

Yenə sakitlikdi...


2020-nin bərabərlik rəqəmləri yeni il qabağı "atəşkəsi" təmin edib. "Tufandan öncə sakitlik olur", deyiblər. Havalar da yaxşı keçir deyə, heç kim üşümür. Qışın yaz günəşi altında "qan qaynamır", qərarsızlıq hökm sürür...

Uğurun təməli getdiyin yolu bilməyindədir. Qərarsızlıq o vaxt baş verir ki, bu yol bilinmir.

Tunelin o başında işığın görünməsi, yetişməsi üçün, qaranlıq yolları cəsarətlə, ağılla keçməyi bacarmalı, yolundan dönməməlisən...

Sakitlik nisbidi. Kabinetlərə çəkilib yeni planlar cızılır, yeni ildə yeni "qaranlıq tunellərin labirintləri" hazırlanır. Son aylarda futbol başbilənlərinin hücum -"xox" gedişləri alınmadı.

Bumeranq effekti ilə geri qayıtmaqdadı...

"Atəşkəsin" özü də nisbidi. Sözünü deməyi bacaran az sayda futbol adamı, jurnalistlər, azarkeşlərin təbii pauzası, bütün tərəfləri şoka salıb. AFFA ideoloqlarından tutmuş pusquda gizlənənlərə kimi, hamı sakitliyin içində narahatlığa qərq olublar...

Tində "barrikada" qurub "sonda təpik vuranlar" ordusu, sözünü deyənlər "niyə söz demirlər" təşvişi ilə alışıb-yanırlar. Eyni zamanda öz işlərini də əlaltdan görürlər, futboldakı durumdan istifadə edib növbəti dividentlərini qazanmaq istəyirlər...

Digərləri kabinetlərdəki "oyunlarını" davam etdirir, 3-5 yerdən "yuxarılar"a möhtəşəm, "top çiləmə", Berlinsayağı layihələr hazırlanır. Heç biri də futbolu düşünmür, futboldan gələ biləcək növbəti şəxsi gəlirlər maraqlıdır. Sanki, son 15 ildə futbolu dağıdanlar bunlar deyil...

Sözünü deyənlər bütün tərəfləri ofsayda salıb. İsti yerlərindən futbolu "düzəltmək" istəyənlər, özlərindən "müxalifət" obrazı yaradıb zamanını gözləyənlər də girinc qalıblar. Nə niyyətləri yerindədi, nə futbol strategiyaları var, nə də futbolu düzəldəndilər...

Kimi gözləyirlər?! Futbolun acı günləri bəllidi. Çıxsınlar tindən-bucaqdan, rahat kabinetlərdən sözlərini desinlər... Əgər söz varsa, niyyət doğrudursa, futbolu bilirlərsə, özlərini yox, futbolu düşünürlərsə... Liderlər gizlənməz, susmaz!

Federasiya ideoloqları vaxt udur... İctimai "xox" təsir etmədi, geri çəkilib, elə millimiz kimi müdafiədən "oynayıb" bir qol vurub, bir xal qazanmaq istəyindədirlər. Növbəti aylar, bəlkə də illər üçün zaman udulmalıdır. Pusquda gizlənən "zəif bəndlər" başlara öz başları ilə ciddi strateji başlar, rəqiblər deyillər...

2020-nin "bərabərlik" görüntüsü, fərdlərin deyil, futbolun qalibiyyəti ilə bitməlidir. Avropa çempionatı futbol səviyyəsini, fərqini əyani göstərəcək. Bu fonda hər kəs Azərbaycan futbolunun hansı bataqlığa salındığını bir daha görəcək...

2019-da səbr kasası daşaraq dağıdanlar, susanlar qarşısında möhtəşəm azarkeşlərimiz, xalqımız da futbolla bağlı öz kəsərli sözünü stadionlardan, tribunalardan açıq şəkildə dedi. Ümumi İslahatlarla paralel, illər keçdikcə, gec də olsa futbolda təbii beyin ələnmələri də baş verir...

Kimlərin yaşıl meydanlarda, cəmiyyətdə həqiqi söz sahibi olmaları da üzə çıxır, bilinir artıq... Liderlik sünilik, şəxsi məqsədlər üzərində qurulmur! Futbol çöksə, çökdürülsə də, sabaha bir ümid çırağı yaranıb... Məşqçilərin sözü ilə desək, futboldakıların, kabinetdəkilərin nə uğrunda "vuruşduqları" güzgü kimi görünür...

Futbolda, mediada, ictimaiyyətdə 5-10 söz sahibinin fədailiyi, azarkeşlərin fəryadı, obyektiv fikirləri ilə sabahın futbolu düzəlməz. Bu, bir təkandır... Futbol ətrafında düşüncə birliyinin, ideologiyasının olması mütləqdir...

Yeni il "siçan" ilidir. Həqiqi şirlər, aslanlar, əjdahalar siçan yuvasına sığınmaz, gizlənməz. Ya "siçanlar" hər yeri basıb yenidən sürü halında futbolu gəmirməkdə davam edəcək, ya da əjdahalar futbol adına siçan yuvalarını birdəfəlik betonlayacaq...

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X