"Sabah”dan ayrılan Rocer Roxas karyerasını Kolumbiyanın "Deportes Tolimo” klubunda davam etdirəcək.
Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
29 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Roxas "Sabah”a bu ilin avqustunda keçmişdi. 29 yaşlı futbolçu paytaxt klubunda 13 oyunda 2 qol vurub.
Fanat.az