İran Premyer Liqasında 16-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" növbəti qələbəsini qazanıb.
Təbriz klubu "Peykan"ın qonağı olub. Soydaşlarımız hesabda geri düşsə də, liqada ardıcıl dördüncü qalibiyyətini rəsmiləşdirib - 3:2.
16 tura 30 xal yığan təbrizlilər turnir cədvəlində 3-cü pilləyə yüksəlib. "Traktor" şərikli liderlərdən - "Sepahan" və "İstiqlal"dan 4 xal geri qalır.
Fanat.Az