Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan komandaları bu gün ilk yoxlama matçına çıxacaqlar.
Fanat.Az xəbər verir ki, toplanışa eyni vaxtda yollanan "Zirə" və "Sabah" müxtəlif saatlarda fərqli kollektivlərlə qarşılaşacaqlar.
"Zirə" Türkiyənin I Liqasında çıxış edən "Ümraniyespor"la görüşəcək. "Fanatic Tour"un meydanında təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 16.30-da başlayacaq.
"Sabah" isə Belek qəsəbəsindəki "Titanik Mardan" stadionunda Macarıstan "Pakş"ı ilə üz-üzə gələcək. Saat 18.30-da start götürəcək matç "Sabah”ın "YouTube” kanalı vasitəsilə canlı yayımlanacaq.
Fanat.Az