23:03 21.01.2020 1332

Jelko Sopiç: "Belə gənclərə sahib olduğumuz üçün şadam"

Bu gün Rusiyanın "Spartak” klubunun əvəzedici komandası ilə (2:2) üz-üzə gələn "Sabah”, Antalya toplanışını yekunlaşdırıb.

 

Fanat.Az xəbər verir ki, paytaxt klubu sabah vətənə qayıdacaq.


Baş məşqçi Jelko Sopiç klub saytına müsahibəsində Türkiyə toplanışını dəyərləndirib. Xorvat mütəxəssis əvvəlcə Antalyadakı son yoxlama oyunu barədə fikirlərini bildirib:


"Bu gün Antalya toplanışı çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Moskva "Spartak”ının gənclərdən ibarət komandası ilə 2:2 hesablı heç-heçə etdik. Bu matçda əsasən gənc futbolçulara şans verdik. Oyunun əvvəlindən sonuna kimi müxtəlif taktiki gedişləri sınaqdan keçirdik. Marko Deviç, Rəşad Eyubov və Məhəmməd Mirzəbəyov 90 dəqiqə meydanda oldular. Şadam ki, oyunu zədəsiz başa vurduq. Bu matçda qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Ancaq yoxlama oyunlarında nəticə vacib deyil”.


Sopiç təlim-məşq toplanışı barədə də fikirlərini bildirib:


"14 günlük Antalya toplanışından tam razı qaldım. Burda olduğumuz müddətdə hava şəraiti çox yaxşı oldu. Toplanışda planlaşdırdığımız hər şeyi həyata keçirə bildik. Futbolçularımız yaxşı hazırlıq keçdilər və onlardan tələb olunanı tam yerinə yetirdilər. Fikrimcə, bu hazırlıq müddətinin komandaya çox xeyri dəyəcək”.


Antalya toplanışında əsas komandaya bir neçə gənc futbolçu da qoşulmuşdu. Türkiyədəki hazırlıqda çempionatımızdakı limitə uyğun 10 gənc futbolçu iştirak etdi. Sopiç gənc futbolçuların çıxışından razı qaldığını bildirib:


"Antalya toplanışına 10 gənc futbolçuyla yollanmışdıq. Sevinirəm ki, yoxlama oyunlarında onların hər birinə şans verə bildik. Fikrimcə, onlar bu şansdan yaxşı yararlandılar. Ceyhun Nuriyev yoxlama oyunlarında 2 qol vurdu. Şans qazandığı qarşılaşmalarda yaxşı oynadı. Ancaq digər gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Onlar gələcəkdə də "Sabah”ın əsas komandasında şans qazana bilərlər. Bu cür gənc oyunçulara sahib olduğumuz üçün şadam”.

 

Sopiç sonda çempionatın ikinci yarısına olan gözləntiləri barədə danışıb:


"Hazırda Cavid İmamverdiyevin və Amadu Diallonun kiçik zədəsi var. Lakin onların çempionatın ikinci yarısının startına kimi tam hazır olmaq üçün kifayət qədər vaxtları var. Həmin vaxta kimi biz var qüvvəmizlə hazırlaşmalıyıq. Düşünürəm ki, ilk oyuna kimi tam hazır olacağıq. İnanıram ki, çempionatın ikinci yarısında daha yaxşı futbol sərgiləcəyəcək və liqada daha yaxşı pillədə qərarlaşacağıq”.

 

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 İyun 2025
22:03

"Qarabağ" braziliyalı futbolçu transfer etdi -RƏSMİ

21:50

İtaliya nəhəngi idman direktorunu postundan uzaqlaşdırdı

21:29

"Vilyarreal" yeni vingerlə gücləndi -RƏSMİ

20:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:18

"Orada "Latsio"da bir ilə qazandığımı bir aya qazana bilərdim" - Sarri rədd etdiyi təklifdən danışdı

19:34

"Sabah" legioneri ilə əməkdaşlığa son qoydu - RƏSMİ

19:16

"Dəfələrlə demişəm ki, o, bizim ən yaxşı oyunçumuzdur" - "Çelsi"nin baş məşqçisi

18:43

Vüsal İsgəndərlinin yeni klubu bəlli oldu

18:10

Azərbaycan komandası A qrupunun qalibi oldu

17:49

Dünya çempionatı: Azərbaycan cüdoçusu yarımfinalda!

17:28

Avropa Liqasında ilk mərhələnin püşkatması baş tutdu

17:09

"Sabah"ın Avropa Liqasındakı rəqibi bilindi

16:43

Çempionlar Liqasının püşkü atıldı

16:24

Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi

16:06

"Sevilya" yeni baş məşqçisinin təyinatını açıqladı

15:48

İnzaqinin yeni iş yeri bilindi - RƏSMİ

15:29

Ronaldunun Trampa göndərdiyi formanın üzərində nə yazılıb?

15:11

"İndi oynadığım futboldan həqiqətən razıyam" - "Çelsi"nin vingeri

14:53

Qarnaço Mançesteri Londona dəyişə bilər

14:34

Aleks De Souzanun yeni iş yeri bilindi - RƏSMİ

14:16

"Mən "Qızıl top"u həmişə ona verərdim" - Serxio Ramos

13:58

Klublararası dünya çempionatı: "Borussiya Dortmund" ilə "İnter" ilk sınağına çıxır

13:39

İngiltərəni Konfrans Liqasında təmsil etmiş məşqçi "İmişli"ni çalışdıra bilər - AÇIQLAMA

13:20

Çempion Ceydon Sançonu istəyir

13:02

35 yaşlı müdafiəçi "Mançester Siti"ni digər İPL klubuna dəyişir

12:44

"Qəbələ"nin hazırlıq planı bəlli oldu

12:26

Beyl İngiltərə klubunun səhmlərini almağa yaxındır

12:08

İdman Arbitraj Məhkəməsi İrlandiya klubunun şikayətini rədd etdi

11:50

AFFA 2 kluba texniki məğlubiyyət verdi

11:16

"Sabah"ın mümkün rəqiblərinin sayı dəqiqləşdi - Bu 4 komandadan biri ilə qarşılaşacaq

10:58

"Araz-Naxçıvan" Almaniyadan futbolçu transfer etdi

10:27

Ronaldulu "Əl-Nəsr"də qalmaqal - Baş direktor klubu məhkəmə ilə hədələdi

10:06

Dünya çempionatı: Daha iki cüdoçumuz mübarizəyə qoşulur

09:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

Klublararası dünya çempionatı: Juninyo oynamadı, komandası qalib gəldi

01:21

"Çelsi" klublararası dünya çempionatına inamlı qələbə ilə başladı

00:40

"Bayern Münhen"in hücumçusu Zaqreb "Dinamo"suna keçdi - RƏSMİ

16 İyun 2025
23:42

"Axmat"ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

23:06

Paytaxt klubu 37 yaşlı ispanla müqavilə yenilədi

22:07

Bonuççi qadın futbolçunu bu vəziyyətə saldı - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X