12:34 29.01.2020 1667

"Avtomatımın üstündə "Neftçi” şəkli var idi"

Bu gün "Neftçi” Futbol Akademiyasının məşqçisi – 9, 10 və 11 yaşlı futbolçulardan ibarət komandaları çalışdıran İslam Kərimovun 53 yaşı tamam olur.

Fanat.Az xəbər verir ki, 1992-ci il yanvarında "Neftçi”də çalışmağa başlayan İslam Kərimov həmin ilin martında könüllü olaraq cəbhəyə yollanıb. AFFA-nın bayrağı altında keçirilmiş yarışlarda 10 dəfə qızıl, 8 dəfə gümüş, 7 dəfə bürünc medallara layiq görülmüş mütəxəssis Bakı birinciliyinin səkkizqat, "Sabahın ulduzları”nın isə beşqat qalibidir. 2002-ci ildə U-17 milli komandası ilə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanmış Kərimov 2005-ci ildə "Neftçi”nin U-15 komandası ilə İtaliyada, U-12 komandası ilə Gürcüstanda, 2007-ci ildə "Neftçi”nin U-17 komandası ilə İzmirdə keçirilmiş beynəlxalq turnirlərin qalibi olub. 2007-ci ildə UEFA-nın A kateqoriyasına sahib çıxmış Kərimov 2010-cu ildə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi adına layiq görülüb, 2019-cu ildə isə "Qarabağ müharibə veteranı” və "Milli Ordu-100” medalları ilə təltif olunub. Azərbaycanda ilk dəfə 6 yaşlı futbolçuların layihəsini də məhz 2017-ci ildə "Neftçi”nin məşqçisi İslam Kərimov təşkil edib. Hazırda Premyer Liqada və 1-ci Divizionda çıxış edən 70 futbolçu onun yetirməsidir. Premyer Liqaya ən çox futbolçu bəxş etmiş məşqçi kimi 2017-ci ildə PFL-in "Fəxri fərman”ı ilə mükafatlandırılıb.

Klubun rəsmi saytı 28 ildir komandanın uğurları üçün çalışan İslam Kərimovu "Neftçi” ailəsi adından təbrik edib.

- Bu günü necə qeyd edəcəksiniz?
- Bu gün U-11 komandamızın oyunu var. "Sumqayıt”la qarşılaşacağıq. Hətta heç-heçə də etsək, Valeri Hacıyevin xatirə turnirinin finalına vəsiqə qazanacağıq. Buna görə də ad günümü futbol meydançasında qeyd edəcəm (gülür).

- İndiyədək ən yaddaqalan doğum gününüz hansı olub?
- 2001-ci ildəki doğum günüm ən yaddaqalan olub. 35 yaşımın tamam olması münasibətilə "Ruslan-93”də keçirilən tədbirə Azərbaycan futbol ictimaiyyətinin bütün məşhur simaları, klub rəhbərləri, baş məşqçilər, veteran futbolçular toplaşmışdı. Məhz həmin gün Azərbaycanın U-17 milli komandasına baş məşqçi təyin olunmuşdum.

- Yetişdirdiyiniz futbolçuların sizin üçün ən böyük hədiyyəsi nə olardı?
- Milli komandada oynamaq. Mənim şah əsərim Kamran Ağayevdir, Araz Abdullayevdir. Kamranı Bakıya Dəvəçidən gətirmişdim.

- Titullarınızın sayı-hesabı yoxdur. Onların hansı sizin üçün daha əzizdir?
- Mənim üçün ən əziz mükafat Qarabağ uğrunda müharibədə iştirak etdiyim üçün aldığım müharibə veteranı mükafatdır. Vətəndaşlıq borcumu yerinə yetirmişəm. Həm də müharibəyə "Neftçi”dən getmişəm. 1992-ci il fevralın 26-sı Xocalı hadisələri baş verəndən sonra, daha dəqiqi, martın 1-i klub prezidenti Aydın İbrahimova ərizə ilə müraciət edərək, könüllü olaraq cəbhəyə yollanmışam. Artıq martın 6-sı Ağdamda döyüşürdüm. 1 il sonra yenidən "Neftçi”yə qayıtmışam. Ali Baş Komandan bu gün göstəriş versə, yenə cəbhəyə gedərəm.



- Ömrünüzün yarıdan çoxunu "Neftçi”yə həsr etmisiz və hələ də həsr edirsiz. "Neftçi” sizin üçün nə deməkdir?
- "Neftçi” mənim həyatımdır. Özümü "Neftçi”siz təsəvvür etmirəm. Məşqçi kimi yalnız iki komandanın – "Neftçi”nin və millinin formasını geyinmişəm. "Neftçi”yə sadiq olmuşam, həmişə bu kluba sədaqətlə xidmət etmişəm. "Neftçi”li olmağımla qürur duyuram. Bütün klublardan dəvət almışam, amma "Neftçi”dən başqa heç bir klubda çalışmamışam. Hətta elə klub olub ki, məni əvəzedici komandaya baş məşqçi götürmək istəyib, getməmişəm. Heç vaxt "Neftçi”ni başqa kluba dəyişməmişəm. Müharibə zamanı avtomatımın üstündə "Neftçi” şəkli var idi. Hətta oğlum Fuad da "Neftçilər” xəstəxanasında dünyaya gəlib (gülür).

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
13:24

Kriştianu Ronaldunun karyerasını nə vaxt bitirəcəyi açıqlandı

13:06

"O, Almaniya tarixinin ən yaxşı futbolçusudur" - Yürgen Klopp

12:49

Azərbaycan gimnastlarından Avropa kubokunda 5 medal qazandılar

12:31

Mahir Emreli Almaniyada rəmzi komandaya düşdü - FOTO

12:13

Niderlandlı yarımmüdafiəçisi "Mançester Siti" və "Real" arasında seçimini etdi

11:55

"Qarabağ" 32 komandaya bu aqibəti yaşadıb

11:38

"Barselona" üçün necə oyunçular transfer etməli olduğumuzu bilirəm" - Hans-Diter Flik

11:19

Gənclər Liqası: Lider də böyük hesabla qalib gəldi, ən yaxın izləyicisi də

11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

09:48

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

Facebookdan bizi izləməyi unutmayın.
X