16:01 09.02.2020 1948

AFFA-nın təmtəraqla “sırıdığı” lazımsız - yeni komanda

AFFA-nın yeni yaradılmasına qərar verdiyi U-23 yığması ciddi heyət problemi ilə üzləşəcək. Premyer Liqada bu komanda üçün yetərincə sayda futbolçu yoxdur.


Hazırda AVRO-2021-in seçmə mərhələsində mübarizə aparan U-21-in heyətində 1998-ci il yanvarın 1-dən sonra anadan olanlar çıxış edə bilər. Bu isə o deməkdir ki, U-23 dedikdə 1996-1997-ci il təvəllüdlülər göz önünə gəlir.


Düzdür, əslində 1996-cı il təvəllüdlülər də 23 yaşı arxada qoyanlardır. Lakin UEFA əsasnaməsinə görə U-21-də 1998-ci il təvəllüdlülər çıxış edə bilirsə, deməli U-23-də iki yaş böyüklər oynamalıdır.


Təbii ki, söhbət 2020-ci ildən gedir. Bu il ərzində U-23-də 1996-97-ci il təvəllüdlülər, həmçinin daha kiçiklər oynaya bilər. Amma yeni yaradılan və heç bir rəsmi yarışda oynamayacaq, çoxlarının mənasız-məntiqsiz saydığı bu yığmanın digər millilərin – U-21, U-19 və U-17-nin heyətindən futbolçu cəlb etməsi onları zəiflətmək olardı.


Premyer Liqada oynayan 8 klubun iştirak ərizələrində isə vur-tut 17 futbolçu 1996-97-ci il təvəllüdlüdür. Onların arasında artıq əsas millinin üzvləri olan Mahir Emreli və Bəhlul Mustafazadə də var.


Belə çıxır ki, AFFA-nın təmtəraqla "sırıdığı” bu yeni U-23 yığması Premyer Liqanın 15 futbolçusunun ümidinə qalacaq. Bu sayda oyunçudan komanda olmaz. Hələ üstəlik onlardan bəzilərinin oyun praktikası da sıfıra yaxındır.


Yeni yığmanın formalaşması üçün iki təbii variant var. Birincisi, aşağı dəstə olan I diviziona və orda çıxış edən əvəzedicilərin heyətlərindən futbolçu seçməkdir. İkincisi, digər yığmalarımızı zəiflətməklə heyət qurmaq.


Amma U-23-ü qurmaq üçün süni sayılan 3-cü yol da var. Bu, AFFA-nın son vaxtlar daha çox meyl etdiyi variantdır. Söhbət Rusiya, Türkiyə, Almaniya və digər ölkələrdə yaşayan azərbaycanlıları, ya da başqa millət nümayəndələrinin vətəndaşlığını dəyişdirərək U-23-ə toplamaqdan gedir. Nə çoxdur öz ölkəsinin yığmasına lazım olmayan futbolçular...


Premyer Liqada oynayıb, U-23-ə uyğun gələnlər


Qapıçılar: 
Aydın Bayramov ("Sumqayıt”), Abdulla Seyidəhmədov ("Zirə”);

Müdafiəçilər: Yusif Nəbiyev ("Qəbələ”), Sərtan Taşkın ("Sumqayıt”), Bəhlul Mustafazadə ("Sabah”), Cabir Əmirli ("Keşlə”);

Yarımmüdafiəçilər: Aqşin Qurbanlı, Fəhmin Muredbəyli, Elçin Rəhimli (hamısı "Səbail”), Ehtiram Şahverdiyev, Roman Hüseynov, Qismət Alıyev (hamısı "Qəbələ”), İlkin Muradov ("Zirə”), Rəhim Sadıxov, Xəyal Nəcəfov (hər ikisi "Sumqayıt”);

Hücumçular: Mahir Emreli ("Qarabağ”), Ülvi İsgəndərov ("Qəbələ”).

 

Mənbə: Sportinfo.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
10:46

"Qarabağ" "Tvente"ylə qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X