"Məni transfer etmək istəyən klublar var. Ciddi maraqlananların da sayı çoxdu”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi”nin haitili üzvü Vild-Donald Gerye deyib.
"Neftçi” ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcək futbolçu azerisport.com-a açıqlama verib.
Sol cinah oyunçusu vəziyyətə belə aydınlıq gətirib:
"Öncə "Neftçi”dən gələn təklifi dəyərlindirmək daha düzgün olar. Qalmağımı istəsələr, qalaram. Başqa ölkələrdən də məni heyətində görməyi arzulayan klublar var. Ancaq ilk növbədə oynadığım komandanın mövqeyini öyrənməliyəm. "Qarabağ”? Həyatdı, hər şey ola bilər”.
Qeyd edək ki, Gerye ötən ildən Bakı klubunun şərəfini qoruyur.
Fanat.Az