Hazırda "Baku Sportinq” futbol klubunun direktoru olan Vüqar Nadirov futbolçu karyerasını bitirməyib.
Fanat.Az-ın məlumatına görə, millinin və "Qarabağ”ın sabiq hücumçusu daha çox Ağdam komandasında sərgilədiyi oyunla yadda qalıb.
"Qarabağ”da 2009-2015 aralığında (2001-2004-cü illərdə və 2016/17 mövsümündə də "köhlən atlar”ın formasını geyinib) karyerasının ən parlaq dönəmini keçirən cinah hücumçusunu həmin periodda demək olar ki, bütün Premyer Liqa klubları heyətində görmək istəyib.
"İnter”in (indiki "Keşlə”) sabiq baş məşqçisi Kaxaber Tsxadadze isə komandasına vurduğu bu qoldan sonra futbolçuya zəng vuraraq ona kapitanlıq sarğısı və çox yüksək maaş vəd edib:
Gürcü mütəxəssisin 400 min dollar illik maaş təklifinə "yox” deyən futbolçunu tale sonradan "İnter”ə də aprıb. Lakin həmin vaxt artıq "bankirlər” çökmüş, Tsxadadze isə məlum şəkildə ölkəmizi tərk etmişdi.
Fanat.Az