"Sumqayıt” bir neçə təklif alan Aleksey İsayevi razı sala bilmir.
Fanat.Az-ın əldə etdiyi son məlumata görə, İyunun 30-da "kimyaçılar”la olan müqaviləsinin müddəti başa çatacaq rusiyalı futbolçu maaşı müəyyən qədər artırılacağı təqdirdə belə, "Sumqayıt”da qalmayacaq.
Klub prezidenti Riad Rəfiyevlə son danışıq zamanı İsayev yeni anlaşmaya şifahi razılıq verməyib. Şəxsi inkişaf perspektivini əsas gətirən oyunçu daha iddialı klubda oynamaq istəyini dilə gətirib.
Aleksey mövsüm davam etdiriləcəyi halda, indiki komandasına kömək edəcək.
Qeyd edək ki, İsayevlə koronavirus pandemiyası Premyer Liqanı "dondurandan” əvvəl "Qarabağ” və "Neftçi” maraqlanıb. Onun Ağdam komandasına yollanmaq ehtimalı daha çoxdu.
"Yenisey”in yetirməsi olan 24 yaşlı yarımmüdafiəçini Premyer Liqada oynamayan 2 Rusiya təmsilçisi də istəyir. Aleksey özü isə vətəninin o qədər də ciddi perspektiv vəd etməyən aşağı liqasında çıxış etmək niyyətində deyil.
Fanat.Az