17:34 26.05.2020 1370

"Rasim Kara kişi deyil" və ya 250 mini kimdən soruşaq?

Nihat Ağasoy

2008-ci ilin qızmar yay günlərinin birində çalışdığım "Futbol+” qəzetinin redaksiya telefonu ilə "Qarabağ”ın baş direktoru Əmrah Çəlikələ zəng vurdum. Heç vaxt unutmayacağım dialoqumuzu olduğu kimi təqdim edirəm:

- Salam, Əmrah bəy. Necəsiz?
 
- Salam, Nihat. Yaxşı, sağ ol, sən necəsən?
 
- Şükür, mən də yaxşı. Rasim Karanın "Qarabağ”ı "Xəzər Lənkəran”a dəyişməsi haqda fikirlərinizi öyrənmək istədik. Baş məşqçinin mövsümə hazırladığı komandanı gözlənilmədən başqasına dəyişməsinin səbəbi nədi? Niyə getdi? 

Bir neçə saniyəlik pauza yarandı... Ardından ertəsi ölkənin idman mətbuatında ən çox müzakirə olunacaq sözləri dedi:

- Rasim Kara kişi deyil! Elə buna görə də getdi.  Başqa səbəb yoxdu. "Qarabağ”da qalmamasına üzülmürük. Hər işdə bir xeyir var.

- "Kişi deyil” ifadəsi Türkiyə və Azərbaycan türkcələrində fərqli anlamlar verir. Bunu hansı türkcədə deyirsiz?

- Bilirəm. Təbii ki, Azərbaycan türkcəsində!

... Kara həmin ilin noyabrında məhz "Qarabağ”dan "fırtınalar meydanı”nda alınan 1:3 hesablı yenilgidən sonra istefaya göndərildi. Daha öncə evdə "İnter”ə də uduzan "ağ-yaşıllar”ın ağdamlılara yenilməsi şübhəsiz, qonaqların yüksək motivasiyasının nəticəsi idi.

"Köhlən atlar”ı həmin görüşə çıxaran Qurban Qurbanov indi də "Qarabağ”ın baş məşqçisidi. Lənkəran təmsilçisini ilk mövsümündə də çalışdırmış Rasim xoca isə böyük ehtimalla, bir daha Azərbaycandan komanda çalışdırmaq təklifi almayacaq. Bəlkə də buna qədər hansısa futboldan anlayışı olmayan olmayan klub rəsmisi Karanın "K” hərifini ağlının ucundan keçirərdi. Ancaq bundan sonra, əsla!

"Nistru”nun sabiq forvardı Ketelin Likioyunun uduzmaq üçün Rasim Karalı "Xəzər Lənkəran”ın ona və daha iki komanda yoldaşına 250 min dollar təklif etdiyini söyləməsindən xəbərdarsız. Sözügedən Moldova təmsilçisinin əsas qol ümidi "gəmiçilər”in idarəçilərinin dırnağarası məharəti haqda mətbuata ətraflı müsahibə verib. Eks-forvard o məbləğin  böyük olduğunu, bununla belə, bütün komanda ilə məsləhətləşəndən sonra karyeralarını böyük sual altına qoymamağa qərar verdiklərini açıqlayıb.

Əlbəttə, Rasim bəy Azərbaycan mətbuatına verdiyi açıqlamada rumın oyunçunun ad çəkmədiyini söyləməklə, belə desək, hər hansı etirafda bulunmayıb. Girişdə yazdığım dialoq türkiyəli mütəxəssisin insani keyfiyyətlərinin yağlı boya ilə çəkilmiş portretidi. Adam yaxşı qazanmaq naminə daha öncə razılaşdığı "Qarabağ"a xəyanət etdiyinə görə hüquqi müstəvidə suçsuz idi. Lakin hər kişinin özünə sığışdırmadığı mənəvi cinayətin ağırlığı danılmazdı. İndi həmin vaxt "Xəzər Lənkəran”ın vitse-prezidenti olmuş Tuyqun Nadirovun da fərqli nə isə deyəcəyini düşünmək sadəlöhvlük olar. Nə desin? Sizcə, kimsə belə iyrəncliyi boynuna alar? Desin ki, Moldovada belə işlərdə ad çıxarmış filan vasitəçi ilə bizim menecer əlaqə saxladı? "Xəzər Lənkəran”ın "Xəzər Lənkəran” vaxtında klub prezidenti Mais Mənsimovun əvəzinə açqılamalar, müsahibələr verən sabiq vitse-prezident çoxdan öz işinə - qeyri-futbol sahəsinə qayıdıb. 

Hə, Likioyunun əvəzinə and içib xaç çevirə bilmərəm. O da müəyyən mənada özünü qəhrəman kimi təqdim etməyə çalışa, şərəfi puldan üstün tutduğunu göstərməyə cəhd edə bilər. Amma o boyda gizlini aşkara çıxardığı üçün Ketelinə sözün əsl mənasında "sağ ol” düşür. 

Hazırda "Zirə”də top qovanm digər rumının - Adrian Skarlatakenin borc qalmaqalının qırxı çıxmamış "Nistru”da top qovmuş həmyerlisinin daha qorxunc söhbəti dilə gətirməsi də son deyil. Qırx gün sonra Lənkəran klubunu çökdürənlərlə bağlı yeni məqamlar üzə çıxsa, şəxsən təəccüblənməyəcəm. Bu dəfə yerli futbol ictimaiyyətinin nümayəndələrindən biri danışsa, lap yaxşı olar.
 
Fanat.Az  
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X