"Qarabağ"ın transfer etmək istədiyi Türkiyənin "1928 Bucaspor" klubunun futbolçusu Oğuz Aydına daha bir müştəri çıxıb.
Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə Qazaxıstan çempionu "Astana" da maraqlanır. Hər iki klub Niderland əsilli vinger üçün agentlər vasitəsilə təklif göndərilib.
Qeyd edək ki, Oğuz Aydın Türkiyənin U-19 yığmasında 1 oyun keçirib. Onunla daha əvvəl "Beşiktaş" və "Ankaragücü" klubları da maraqlanıb.
Fanat.Az