09:09 12.06.2020 841

Vladislav Qədirov:"Onlar «Neftçi»də can qoymaq istəmirlər"

«Neftçi» bu mövsüm çempionluq uğrunda rahat mübarizə apara bilərdi».

Fanat.az xəbər verir ki, bu sözləri "Sportinfo"ya a açıqlamasında azərbaycanlı məşqçi Vladislav Qədirov deyib.

Uzun illər «Neftçi»nin formasını geyinmiş veteran futbolçu paytaxt təmsilçisinin uğursuz mövsüm keçirdiyini bildirib: «Əslində, «Neftçi»nin çox yaxşı heyəti var.

Bu heyətlə çempion olmaq problem deyildi. «Qarabağ»ın qızıl medallar uğrunda mübarizədə bu qədər irəli çıxması «Neftçi»nin özündən qaynaqlanır.

«Neftçi»də kifayət qədər səviyyəli futbolçular var, xüsusən də legionerlər. Məncə, hər şey avrokuboklardan başladı. Avropa Liqasının ikinci təsnifat mərhələsində «Arsenal» üzərində qələbələr komandada arxayınlıq və eyforiya yaratdı.

Yəqin fkirləşdilər ki, hər şey yaxşıdır, biz bundan sonra hamıya asanlıqla qalib gələcəyik. Tula klubuna hər iki oyundan qalib gələndən sonra «Bney Yehuda»ya uduzub Avroliqa ilə vidalaşmağın səbəbini mən bunda görürəm.

Komanda o vaxtdan özünü meydanda tapa bilmir, qeyri-sabit çıxış edir. «Neftçi»nin içərisində olmasam da, kənardan etdiyim müşahidələr əsasən deyə bilərəm ki, bəzi legionerlər Premyer Liqa oyunlarında var qüvvəsiylə mübarizə aparmır.

Stiven Monroz, Baqali Dabo və başqalarının adını çəkə bilərəm. Mən futbol adamıyam, istənilən futbolçunun bir xırda hərəkətindən bilirəm ki, o, nə fikirləşir, nə istəyir. Məsələn, Dabo hücum zamanı sağa açılmalıdır, sola çəkilir.

Digər legionerlər də bir çox hallarda elə gülməli səhvlərə yol verir ki… Bunlar təsadüfi deyil, onlar «Neftçi»də can qoymaq istəmirlər. Mən bunun günahını Roberto Bordində görürəm. Onu düz eləyib, baş məşqçi vəzifəsindən göndərdilər.

Bordin komandaya təsir edə, futbolçuları bir məqsəd ətrafında birləşdirə, nizam-intizam yarada bilmədi. Füzuli Məmmədovun onun yerinə təyin edilməsini doğru qərar sayıram.

Xarici məşqçi gətirsəydilər, komanda daha pis günə düşəcəkdi. Gələn məşqçi deyəcəkdi ki, bu heyəti mən yığmamışam, mənə filan qədər transfer büdcəsi ayırın və filan qədər vaxt verin.

Füzuli öz uşağımızdır, bu, onun üçün də gözəl şansdır. Gənc yaşında «Neftçi» kimi böyük klubun baş məşqçisi olmaq hər adama nəsib olmur. Füzuliyə şans yaradılıb və indi çalışıb özünü göstərməlidir.

Komandanın içində olan bir məşqçi kimi Füzuli problemləri, onun yaranma səbəblərini başqalarından yaxşı bilir. Məncə, o, bu gün üçün uğurlu seçimdir və komandanı düşdüyü vəziyyətdən çıxara biləcək».

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

Facebookdan bizi izləməyi unutmayın.
X