22:00 13.06.2020 1031

"Qarabağ"dan darmadağın, "Neftçi" və "Sabah"dan qələbə

Azərbaycanın Premyer Liqa komandaları bu gün növbəti sınaq matçlarına çıxıblar.
 
Fanat.Az xəbər verir ki, günün iki qarşılaşması eyni saatda start götürüb. Koronavirus pandemiyası ilə bağlı fasilədən sonra ilk sınaq matçında "Keşlə"yə 3:1 hesabı ilə qalib gələn "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Bu görüşdə hesabı əyalət təmsilçisi açsa da, sonda meydan sahibləri əzmkar qələbəyə seviniblər.
 
İlk sınaq oyununda "Qarabağ"a 0:5 hesabı ilə uduzan "Sabah" bu səfər "Zirə" ilə qarşılaşıb. "Bank Respublika Arena"dakı matçın taleyini son dəqiqədə vurulan bir qol həll edib. "Sabah" Ceyhun Nuriyevin vurduğu qolla meydanı qalib tərk edib.
 
Günün son qarşılaşmasında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Səbail"lə üz-üzə gəlib. Qarşılaşma üç hissədən ibarət olub. Belə ki, komandalar arasındakı razılığa əsasən, bu matçda ilk 90 dəqiqə bitəndən sonra 3-cü hissə də oynanılıb. Lakin əlavə hissə 45 yox, 30 dəqiqə davam edib. Yeri gəlmişkən, ilk 90 dəqiqəni Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edibsə, son 30 dəqiqəni Vüqar Həsənlinin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Oyuna gəlincə, hesabı "Səbail” açıb. Amma qalan dəqiqələrdə dörd qol vuran Ağdam təmsilçisi əzmkar qələbəyə sevinib.
 
Qeyd edək ki, bu günə "Sumqayıt" və "Keşlə" komandaları arasında da yoxlama oyunu nəzərdə tutulsa da, sonuncular oynamaqdan imtina etdiyi üçün görüş baş tutmayıb.
 
13 iyun
 
Yoxlama oyunları
 
"Neftçi" - "Qəbələ" 2:1
Qollar: Mirabdulla Abbasov, 40. Dario Federiko, 63 - Rövlan Muradov, 26.
Neftçi: Səlahət Ağayev, Mamadu Mbodj, Anton Krivotsyuk, Namiq Ələsgərov, Emin Mahmudov (k), Baqali Dabo, Tural Axundov, Stiven Jozef-Monroz, Mamadu Kane, Saman Nərimancahan, Soni Mustivar.
Qəbələ: Anar Nəzirov (k), Faiq Hacıyev, Amin Seydiyev, Sadiq Quliyev, Murad Musayev, Qismət Alıyev, Ehtiram Şahverdiyev, Klesio Bauk, Abdelrafik Jerar, Rövlan Muradov, Nikolas Raysel.
"Bakcell Arena".
 
"Sabah" - "Zirə" 1:0
Qol: Ceyhun Nuriyev, 90.
Sabah: Saşa Stamenkoviç, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə, Filip İvanoviç, Təmkin Xəlilzadə, Mario Marina, Yevgeni Koçuk, Rəşad Eyubov, Ozan Can Kökçü, Ramil Şeydayev, Xulio Rodriqes. 
Zirə: Emil Balayev, Alie Sesay, Elvin Camalov, Alvaro Ampuero, Ağabala Ramazanov, Davit Volkov, Bəxtiyar Həsənalızadə, George Anton, Riçard Qadze, Şafik Tiqrudca (k), Rauf Hüseynli.
"Bank Respublika Arena"

"Qarabağ" - "Səbail" 4:1
Qol: Mahir Emreli, 24. Ovusu Kvabena, 42. Qara Qarayev, 90. Filip Ozobiç, 116 - Bahadur Həziyev, 9.
Qarabağ: Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Xayme Romero, Mahir Emreli, Rəşad Sadıqov (k), Abdullah Zubir, İsmayıl İbrahimli, Ovusu Kvabena, Abbas Hüseynov, Bədavi Hüseynov.
Tofiq Bəhramov adına Respubliika Stadionu.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

Facebookdan bizi izləməyi unutmayın.
X