"Adi yoxlama oyunu idi. Matçın ilk 30 dəqiqəsində hava çox isti idi ki, bu da, hər iki komandaya çətinlik yaradırdı".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç "Zirə" ilə yoxlama oyunundan sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis 1:0 hesablı qələbəni belə dəyərləndirib: "Futbolçuların əksəriyyətinə şans verdim. Bəzi oyunçularda səhvlər var idi. Ancaq onlara irad tutmaq istəmirəm. Uzun fasilədən sonra onlara nəsə demək düzgün alınmaz. Onsuz da nəticə önəmli deyildi".
Fanat.Az