13:16 16.06.2020 4717

Yazıq Əhməd

Əli Sahib

Suvaq işi də peşəkarlıq tələb edir. Evini təmir etdirənlər yaxşı bilər. Usta peşəkardısa, mütləq köhnə divar üzünün qaşınmasını, boyadan təmizlənməsini məsləhət görür. Vay o suvaqçının halına ki, ev sahibi gönüqalın, pullu, öz bildiyini doğru sayan olsun. "Necə deyirəm elə də et” şərti qarşısında susan usta Əhməd evinə aparacağı çörəkpulu üçün peşəsinə xəyanət etmək məcburiyyətində qalır. Köhnə, zövqsüz, solmuş boyalı divarı suvamağa başlayır. İş prosesində hərdən uca səslə zümzümə edən Əhməd sanki ev sahibinə həvəslə işlədiyini də nümayiş etdirmək istəyir. Abırsız ev sahibi də arada "züy tutur”. Nə isə...
 
Çox zaman keçmir. Yenicə vurulmuş, divarın eyibini örtmüş suvaq "atmağa” başlayır. Yazıq  Əhməd həftə səkkiz, mən doqquz çatlara yamaq vuraraq girinc qalmaqla yanaşı, ev yiyəsinin də tənəsini alır. Başını qaldırıb deyə də bilmir ki, axı mən demişdim. O gün, bu gün Əhməd peşəsinə xəyanətin cəfasını çəksə də, səfasını da görür. Vaxtında  başıboş ev sahibinin "burnunun dikinə getməsi” suvaqçının daimi çörəkpuludu. Hər ay üçün beş-on manat, min bərəkət. Yenə nə isə...

Hardan-hara gəldim e...

"Neftçi”dən yazacaqdım. 

Klub düzəlmir ki, düzəlmir. Çempionluğa həsrət flaqmanın imicini düzəltmək üçün  Əhməd zümzüməyə başlayır, klub da  "züy verir”. Nə olursa, bu soxaya qalmış "züy”dən sonra olur. Gah klubda karantin qaydalarının pozulması haqqında xəbər yayılır, gah da komandanın aparıcı futbolçusu əzəli rəqibin formasında şəkil paylaşır.
  
Baş düzəldirlər, gö...z çıxır. Göz düzəldəndə ümumiyyətlə, işin zibili çıxır. Palaz-palaz açıqlamalar, yazılar gedir, tərif yağır, gələcək planlardan dəm vurulur, bu dəm...

Bu dəm məlum olur ki, "suvaq atdı”.  
 
Yazıq Əhməd...
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2025
20:01

MPL: "Qarabağ" "Neftçi"yə qarşı - YENİLƏNİR

19:30

"Sabah"ın futbolçusu mükafatlandırıldı

18:51

Emrelinin qələbə qazandırmayan qolları - VİDEO

18:05

"Neftçi" legioneri ilə vidalaşdı

17:40

ABL: "Naxçıvan" "Abşeron"a qalib gəldi

17:18

Mahir Emreli Almaniyada dubl etdi, komandası...

16:56

Qvardiola həmyerlisini istədi, "Mançester Siti" cəlbedici təklif hazırladı - MƏBLƏĞ

16:20

Dembele “Qızıl top”dan danışdı

15:54

Millimizin son oyununun vaxtı və yeri müəyyənləşdi

15:13

Veteran stolüstü tennisçilərin çempionatı başladı

14:49

Azərbaycan millisi Estoniyaya uduzdu

14:12

Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

13:31

İPL klubu Kolumbiya millisinin üzvü ilə anlaşdı - RƏSMİ

13:00

Xorvatiya millisinin keçmiş oyunçusu faciəvi şəkildə həlak oldu

12:38

Burkina fasolu futbolçu "Araz-Naxçıvan"ın tarixinə düşdü

12:19

"Turan Tovuz"dan 30-cu heç-heçə

11:50

Yüksək Liqa: "Bürünc" uğrunda ilk duel olacaq

11:25

İki futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ

10:59

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

ABL: "Abşeron"la "Naxçıvan"ın pley-off sınağı

09:56

"Real"ın sabiq ulduzu Rüdigeri axmaq adlandırdı

09:00

"Traktor" 3 xalı 3 qolla qazandı

01:03

İspaniya La Liqası: "Espanyol" evdə sevindi

00:43

Liqa 1: "Nant" evə xalsız qayıtdı

00:18

Türkiyə Super Liqası: "Qalatasaray"dan inamlı qələbə

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

21:11

"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

20:56

MPL: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi

20:18

"Mançester Siti" "Yuventus"un iki futbolçusunu aparır - MƏBLƏĞ

19:53

"Qələbəyə vaxtından çox tez inandıq" - "Olimpik Lion"un baş məşqçisi

19:26

"Futbolçularımla qürur duyuram" - Angelos Postekoğlu

18:45

I Liqa: "Qəbələ" uduzdu, çempionluğu ertələndi

18:19

"Çelsi"nin baş məşqçisi Polşa klubuna məğlubiyyəti belə dəyərləndirdi

17:51

AFFA "Turan Tovuz"un Berdiyevlə bağlı şikayətini təmin etdimi? - AÇIQLANDI

17:28

"Buraxdığımız iki asan qola bəraət qazandıra bilmərik" - Kukurelya məğlubiyyəti şərh etdi

Facebookdan bizi izləməyi unutmayın.
X