15:50 16.06.2020 1036

Dabo, məsləkdaşlar və mənəvi dəyərlər

"Qarabağ”ı qabaqlamağı illərdi prioritetə çevirən "Neftçi”nin qarşısına qoyduğu məqsədə bu il də çatmayacağı bəlli həqiqətdi. Düzdü, hələ qarşıda 8 tur var. Ancaq "ağ-qaralar”ın solğun ruhuyla işin böyük hissəsini vaxtında görən ağdamlıları çempionluqdan edəcəyinə şübhəsiz, klub prezidenti Kamran Quliyev belə, inanmır.

Başıbəlalı 2019/20 mövsümü yekunlaşana yaxın baş verənlər isə daha acınacaqlı durumdan xəbər verir. Bakılılar aldığı pulun haqqını oyunuyla verə bilməyən legionerləri yola salmaq, büdcəyə qənaət etmək əmri alıb. Vild-Donald Gerye komandayla vidalaşıbsa, Vangelis Platellas, Baqali Dabo, Soni Mustivar, Dario Federikonun timsalında digər gəlmələr də  necə deyərlər, çemodan əhvalındadı. 

Dünən "Qarabağ”ın formasında çəkdirdiyi fotonun sosial şəbəkələrdə yayılmasını istəyən Dabo isə onsuz da vəziyyəti yaxşı olmayan camiənin iç üzünü ortaya qoydu. 

Əlbəttə, qalan 8 matçda oynayandan sonra Bakı təmsilçisi ilə mehribancasına sağollaşacağı deyilən fransalı forvardın ölkənin ən güclü komandasının futbolkasını geyinməsi həssas məqamdı. Baqali bu davranışı ilə həm mətbuata ötürülən yalanların üstünü açıb, həm də "Neftçi”nin mənəvi dəyərlərini vecinə almadığını isbatlayıb.

Təbii, Dabonun bu hərəkəti birbaşa klub rəhbərliyinin aşağılanması anlamındadı. Azarkeşləri qıcıqlandırmaq hədəfi də öz yerində... "Futbolçu cəzalandırılacaq”, "hərəkətinə görə cavab verəcək” və buna bənzər başqa açıqlamalarla vəziyyətdən çıxmaq cəhdləri gülüncdü. Böyük ümidlərlə gətirildiyi komandanı hədəfinə çatdırmağa gücü çatmayan forvard "xalq komandası”nın adından başqa heç nəyinin qalmadığını əyani şəkildə göstərib. Bu o deməkdi ki, "Neftçi”də mənəvi dəyərlər qorunmur, komandadaxili ab-hava əsas amil kimi nəzərə alınmır. Heç bu barədə oyunçularla söhbət edən, hansı klubun formasını geyindiyini tez-tez yada salan da yoxdu. Varsa belə, çox yarıtmaz adamdı.  Uzun izaha ehtiyac yoxdu, gördüyü iş göz qabağındadı. 

Ən pisi budu ki, Kamran Quliyevin mental dəyərlərə Elxan Məmmədovsayağı (qayda belədi, 90 faiz hallarda hərə öz rəhbərini təqlid edir) münasibəti ilə Dabonun etdiyi tam şəkildə uzlaşır. Gündəlik həyatda Azərbaycan yox, rus dilində danışmağa üstünlük verən Quliyevi və klubdakı məsləkdaşlarını dövlət dilini ucuz tutduğuna görə məşhər ayağına çəkmək niyyətindən uzağıq. Belə şeylər hüquqi müstəvidə cinayət sayılmır. Sadəcə milli dəyərləri ikinci plana keçirən rəhbərliyin xarakterini nəzərə almadan 9 nömrəli formanı verdiyi forvard məhz belə etməliydi və etdi. 

İndi "Neftçi”nin adını ürəyinin başına yazan çılğın fanatların baş verən biabırçılığa görə haqq-hesab soruşacağını proqnozlaşdırmaqdan, əhvalı məlum səbəbdən martdan korlanan kollektivin döyüş ruhunun bir qədər də sarsılacağını düşünməkdən asan nə var ki...

Əlbəttə, Kamran Quliyev – Ceyhun Sultanov ikilisi belə anda təcrübəsizliyin hansı fəsadlara yol açdığını öyrənməli, gələcəkdə oxşar olayların silsilə şəklinə düşməməsi üçün MƏNƏVİ DƏYƏRLƏR VƏ "NEFTÇİ” mövzusu ətrafında müzakirələr aparmalıdı. Klub idarəçiliyinin nə demək olduğunu anlayanlar bilir ki, sözügedən biabırçılığı "malalamaq” növbətisinin özülünü öz əlləriylə atmaq anlamına gələcək.  

Dabonun Bakı klubunun loqosundakı neft buruğuna çırpdığı palçığı bir-iki günə təmizləmək mümkünsüz işdi. Zamanla quruyacaq, ləkəsi getməsə də, ovulub töküləcək. İnandırıcı olmasa da, ən yaxşısına ümid edək.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan yığması İslandiyanı məğlub etdi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X