15:02 18.06.2020 1165

Qorxaqların qorxulu qərarına sözardı

AFFA-da vəzifə tutandan sonra danışıq qabiliyyətini itirən (işsiz mütəxəssis olanda bülbül kimi cəhcəh vurur, mətbuat səhifələrində futbola aid bütüm məsələlərlə bağlı öz mövqeyini ortaya qoyurdu) Vaqif Sadıqovun mətbuata verdiyi açıqlamayabənzər bağlamadan sonra Premyer Liqanın dayandırılması gözlənilən idi. Elşad Nəsirov, Rauf Əliyev  və Elxan Məmmədov kimi futbol mühitini AFFA-da işləyəndən sonra görənlər dura-dura Sadıqovun irəli verilməsi təbii ki, təsadüf deyildi. Hər şey belə planlaşdırılmışdı. Tənqid atəşinin altına atılan adamın cəsarət nümayiş etdirdiyini düşünməyin.  Nə əzbərlətmişdilərsə, onu da söyləmiş, məşhur deyimi yada salsaq, "sür dərəyə” prinsipinə uyğun davranmışdı.

Şübhəsiz, səbəb kimi göstərilən zaman darlığı, məşq vaxtının azlığı, həftəsonları tətbiq edilən karantin rejimi uğursuz bəhanə status daşıyır. Futbolun taleyini düşünməyən, Azərbaycan çempionatını "qoz-qoz” oyununa döndərənlərin ali məqsədi özünü üzüyola uşaq kimi göstərmək, "yuxarılar”ın yanında divident qazanmaq idi. Bu qədər sadə…

Ölkə birinciliyinin qalan bölümünün ləğv edilməsinin hər hansı müsbət tərəflərindən danışmaq çox çətindi. Düzdü, formaya düşməyən oyunçuların zədələnmək ehtimalı var. Ancaq bütün komandaların eyni şərtlər altında məşq etdiyini, eyni aqibəti yaşadığını nəzərə alsaq, mövcud durum dəhşətli mənzərə sayılmırdı. Tutaq ki, "Bakı birinciliyi”ndə çıxış edən 8 iştirakçıdan yalnız biri - "Qəbələ” paytaxtdan 50 kilometrdən daha uzaq məsafədə olduğu üçün 4-5 gün daha artıq çalışmaq imkanına malik idi. Fəqət bu məqamı da əldə bayraq etmək absurddu. Yəni ədalətin pozulmasından dəm vurmaq, əvvəlki vaxtlarının kölgəsini xatırladan, iddiası qalmayan "qırmızı-qaralar”ın məşq edə bilməsini tarazlığın pozulması adlandırmaq gülməlidi. Yoluxma riskinin qabardılmasına gəlincə, azarkeşsiz keçirilən rəsmi oyunla yoxlama görüşlərindəki risk faizi eynidi. 

Əlqərəz, qorxaqcasına verilən qərardan qazanan son turlarda Avropa Liqasına yollanmaq şansını itirə biləcək iştirakçılar - "Keşlə” və "Sumqayıt” oldu. Hələ uzun müddət öncə aparılan müzakirələr zamanı mövsümün qalan turlarının keçirilməməsinə qarşı çıxan Riad Rəfiyevin başqanı olduğu "kimyaçılar” və AFFA-nın digər "övladı” - sabiq "bankirlər”in varisi! 

Əslində Elxan Məmmədovun adamının diqtəyə uyğun idarə etdiyi "Sumqayıt”ın debütünə müəyyən mənada sevinmək də olar. Ən azı futbolun pərdəarxası oyunlarıyla maraqlanmayan azarkeşlərin xatirinə… Ancaq AL-də ilk dəfə Azərbaycanı təmsil edəcək debütantın xüsusi qəhrəmanlıq göstərməyəcəyini proqnozlaşdırmaq asandı. Elə Zaur Axundov dönəmində artıq bir dəfə özünü biabır etməyə imkan tapan "Keşlə” barədə də nikbin fikirlər səsləndirməyə əsas yoxdu. 

Darıxmayın, yaxın zamanda mövzuya qayıdacağıq.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

Facebookdan bizi izləməyi unutmayın.
X