Çempionatın yarımçıq dayandırılmasından sonra Avropa Liqasında debüt imkanı qazanan "Sumqayıt" heyətlə bağlı problemlərlə üzləşib.
Fanat.Az xəbər verir ki, artıq Əmir Ağayevin "kimyaçılar"dan ayrılacağı dəqiqləşib.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ictimaiyyətdə özü haqqında müsbət imic formalaşdıra bilməyən israillinin milliləşdirilməsi məsələsini həll edə bilmədiyinə görə futbolçu Azərbaycanı tərk edəcək. O, "Sumqayıt"da qalmağın mənasız olduğunu klubun menecer-prezidenti Riad Rəfiyevin diqqətinə çatdıraraq fikrini qətiləşdirdiyini söyləyib.
Burda yəhudi oyunçunun "Qarabağ" və "Neftçi"nin timsalında daha iddialı ölkə təmsilçilərinə lazım olmadığını anlaması böyük rol oynayıb. Əslində Ağayevin ona bir müddət öncə ciddi maraq göstərən "Neftçi"yə keçməməsinin də əsas səbəbi legioner statusunu dəyişə bilməməsidi.
Ağayevin Azərbaycanı bu ay, dəqiqləşdirsək, iyunun 24-də İsrail hökümətinin öz vətəndaşları üçün ayırdığı xüsusi reyslə tərk edəcəyi gözlənilir.
Fanat.Az