Azərbaycanlı futbolçu Amit Quluzadənin yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bu barədə "Facebook"da paylaşım edib.
Quluzadə karyerasını Moldovada "Milsami klubunda davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, Amit Quluzadə karyerası ərzində Azərbaycanın "Neftçi", "Rəvan", "Qəbələ", "Sumqayıt", "Səbail", Türkiyənin "Kayseri Erciyesspor", Portuqaliyanln "Atletiko CP", Yunanıstanın AEL, Kosovanın "Drita", Bosniya və Herseqovinanın isə "Çelik" klublarında çıxış edib. Futbolçu A milli komandamızda 3 oyun keçirib.
Fanat.Az