"Sumqayıt"dan heç kim mənimlə əlaqə saxlamayıb. Klubla müqaviləm bitib".
Bu fikirləri
"Report"a açıqlamasında son olaraq "Sumqayıt"da çıxış edən futbolçu Amil Yunanov deyib.
27 yaşlı hücumçu karyerası ilə bağlı qeyri-müəyyənliyin olduğunu bildirib. Yunanov başqa təkliflərinin də olmadığını etiraf edib: "Hazırda heç nə bilmirəm. Sadəcə gözləyirəm. Nə xeyirlidirsə, o da olacaq".
Daha əvvəl "Sumqayıt"ın futbolçularından Şəhriyar Əliyev "Keşlə"yə, Elvin Cəfərquliyev "Qarabağ"a keçib, Mehdi Şərifi isə İrana qayıdıb.
Qeyd edək ki, Amil Yunanov 2015 - 2018-ci illərdə və 2019/2020 mövsümündə "Sumqayıt"da oynayıb. Komanda vaxtından əvvəl başa çatdırılan mövsümü 4-cü sırada bitirib və Avropa Liqasına vəsiqə qazanıb.
Fanat.Az