Bu gün Qəbələdə təlim məşq toplanışında olan "Zirə" ilk sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun komandası "Qəbələ" ilə üz-üzə gəlib. 20:00-da başlayan qarşılaşmanın hər iki hissəsi 35 dəqiqə olub. Matç "quru sülh"lə yekunlaşıb.
Qeyd edək ki, bu oyun Sadıqovun klub baş məşqçisi qismində debüt matçı kimi tarixə düşüb.
25 iyul
Yoxlama görüşü
"Qəbələ" - "Zirə" - 0:0
Fanat.Az