12:49 01.08.2020 1007

Fariz Nəcəfov: "AFFA-nın ayırdığından əlavə sponsorlara danışıqlar aparırıq"

"Qəbələ" klubunun prezidenti Fariz Nəcəfovun "Report"a müsahibəsi
- "Qəbələ" artıq iki yoxlama matçını keçirib. Komandanızın hazırlıq səviyyəsi sizi razı salır?
- Sözsüz ki, yox. Bu barədə danışmaq hələ tezdir. Məncə, ilk matçda daha yaxşı təsir bağışlamışdıq. Budəfəki oyunun ikinci hissəsində heyətimizin demək olar ki, hamısı gənclərdən - əksəriyyəti akademiyanın uşaqlarından ibarət idi. Bunlar yoxlama oyunlarıdır, əsas məsələ oyun üslubu, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək, futbolçuların yoxlanışıdır. Mənə elə gəlir ki, bu, meydanda görmək istədiyimiz "Qəbələ" deyildi. İnanıram ki, qarşıdakı yoxlama matçlarında komandamız formalaşacaq. Komplektləşmənin zamanı daha çox baş məşqçiyə aid məsələdir. Amma mənə elə gəlir ki, kifayət qədər vaxtımız var.​
- Transferlərlə bağlı məsələ nə yerdədir?
- Bəzi oyunçularla danışıqlar aparırıq. Komanda komplektləşməlidir ki, artıq bundan sonra baş məşqçidən məzmunlu nə isə istəyə biləsən.
- Cavid Hüseynovun qayıdışı bir az gözlənilməz oldu...
- İnanıram ki​, Cavidin komandaya köməyi dəyəcək. Buna inanmasaq, onu "Qəbələ"yə dəvət etməzdik. Hüseynovu​ ​komandada daha çox baş məşqçimiz Elmar Baxşıyev görmək istədi. Hesab edirəm ki, Hüseynovun köməyini görəcəyik.​ Bəzi başqa futbolçularla da danışıqlar gedir. Yaxın günlərdə bununla bağlı açıqlamamız olacaq.
- Keçmiş futbolçularınızdır?
- Bəli, keçən il heyətimizdə olanların bəziləri ilə danışıqlar gedir.​
- AFFA İcraiyyə Komitəsi "Qəbələ"yə 1,5 milyon manat vəsait ayırdı. Bu yardım klubunuzu nə dərəcədə problemlərdən çıxara biləcək?
- İlk növbədə, AFFA rəhbərliyinə göstərdikləri köməyə görə təşəkkür edirəm. Bu məbləğ sözsüz ki, komandanı tam formalaşdırmağa kifayət etməz. Əlavə vəsait üçün danışıqlar aparılır. Yəqin ki, müəyyən qədər də vəsait əldə edəndən sonra bacardığımız qədər, büdcəyə uyğun​ yaxşı komanda quracağıq.
- Kimlə danışıqlar aparırsınız?
- AFFA ilə danışqılar yekunlaşdı, məbləğ də ayrıldı. Başqa sponsorlarla danışıqlar aparırıq. Bunlar keçənilki sponsorlardır, əsas məbləğlə bağlı danışıqlar gedir.
- AFFA-nın ayırdığı vəsaitdə göstərilib ki, məbləğ uşaq futboluna yönəldilməlidir. Belə çıxır ki, bu vəsaitdən əsas komanda üçün istifadə edə bilməcəyəksiniz?
- Bildiyim qədərilə, bu,​ tövsiyə xarakterlidir. Yəqin ki, "Qəbələ"ni nəzərdə tutmurlar. Çünki onsuz da bacardığımız qədər bu işi görürük. "Qəbələ" üçün prioritet məsələlərdən biri akademiya, uşaq futboludur. Maksimum çalışacağıq ki, akademiyamız da o məbləğin daxilində yer alsın, onlara da kifayət qədər məbləğ ayılsın. Bunu bacardığımız qədər edəcəyik.​
- Akademiyanın rəhbəri Halim Fıçıcı ilə bağlı məsələ nə yerdədir Belə söz-söhbət gəzir ki, onunla da yollar ayrılacaq?
- Hələ bununla bağlı tam qərar verməmişik. Akademiya ilə bağlı məsələlərin müzakirəsi üçün kifayət qədər vaxtımız var. Yenə də hər şey komandanın büdcəsinin formalaşmasından asılıdır. Hansısa maddi vəsait əldə edə bilsək, buna uyğun da akademiya və əsas komandanı qurmaq məcburiyyətindəyik.
- Türkiyəli mütəxəssisin "Qəbələ"də qalma ehtimalı nə qədərdir?
- indidən dəqiq bir şey bilmirəm. Səmimi deyirəm ki, bu məsələ büdcədən asılıdır.​

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X