UEFA avrokubokların təsnifat mərhələlərinin oyunları üçün səfərə yollanacaq komandalara pul ayıracaq.
Bu barədə "
Report"a "Qarabağ"ın baş meneceri Asif Əsgərov məlumat verib.
Onun sözlərinə görə, qonaq komandanın çarter reysinin təşkili məqsədilə həmin klublara 40 000 avro ödəniləcək.
Qeyd edək ki, 2020/2021 mövsümündə Azərbaycanı Çempionlar Liqasında "Qarabağ", Avropa Liqasında isə "Neftçi", "Keşlə" və "Sumqayıt" təmsil edəcək. Hər 4 komanda mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Təsnifat görüşləri 1 oyundan ibarət olacaq.
Xatırladaq ki, bu barədə ilk xəbəri ötən gün Fanat.Az
yayıb.
Fanat.az