Azərbaycan Premyer Liqasında I turun son oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, turun son oyununda "Qəbələ" və "Zirə" komandaları qarşılaşıb. Bu oyunda mövsümün ilk qırmızı vərəqəsi qeydə alınıb. Belə ki, "Zirə"nin futbolçusu Hacıağa Hacılı ikinci sarı vərəqəni alaraq meydanı tərk edib.
Qeyd edək ki, "Qəbələ" - "Zirə" görüşü 1:1 hesabı ilə başa çatıb.
Fanat.Az