Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən yararlanan "Sabah” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, paytaxt klubu "Sumqayıt”la qarşılaşıb.
Dörd qolun qeydə alındığı matçda sevinən tərəf sumqayıtlılar olub.
Yoxlama oyunu
Sabah - Sumqayıt 1:3
Qollar: Kevin Kubemba - Əli Qurbani (2), Murad Xaçayev.
Masazır. "Bank Respublika Arena”.
Qeyd edək ki, Premyer Liqanın 1-ci turunda "Sabah" "Qarabağ"a (0:2), "Sumqayıt" isə "Keşlə"yə (0:1) məğlub olub. İkincilər Avropa Liqasının I təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) uduzaraq (0:2) mübarizəni dayandırıb.
Fanat.Az