23:52 11.09.2020 1093

Yunis Hüseynov: "Üzr istəsə də, bağışlanmayacaq"

"Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, o, qolsuz bərabərliklə bitən matçdan sonra təşkil olunan mətbuat konfransında belə danışıb:
 
- Məncə, maraqlı oyun oldu. "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridir. Məqsədimiz qələbə qazanmaq idi. Hesabdan və oyundan narazı qalmadım. Komandamız hər oyunda belə döyüşkən olsa, daha yaxşı nəticələr əldə edə bilərik, yaxşı yerlər uğrunda mübarizə aparacağıq.
 
- "Laçi" ilə oyundakı "Keşlə" başqa idi, indi başqa. Komandada nə dəyişdi? 
- Avroliqada mübarizə bir oyundan ibarət idi. "Laçi" ilə oyunda da komandamız pis təsir bağışlamadı. Düzdür, elə də çox qol imkanımız olmamışdı. Amma dirəyə dəyən toplar var idi, 100 faizlik qol epizodlarımız oldu. Uşaqlara demişəm ki, hər oyuna final matçı kimi çıxın. Bu gün də özlərini yaxşı tərəfdən göstərdilər. Getdikcə daha da yaxşı olacağıq.
 
- Aleksandr Kristovao kimin əlindən qaçıb getdi? 
- Heç kimin əlindən qaçmayıb. Bu mövsüm iki oyunumuzda əsas heyətdə oynayıb. Bizdən xəbərsiz gedib, səbəbini dəqiq bilmirəm. Bəlkə də, ailəsini görməyə gedib, amma yenə də icazə almalıdır. Özbaşına bilet alıb, testdən keçib və ölkəni tərk edib. Futbolçu gedəndə məşqçidən icazə almalıdır. Məndən icazə almayıb gedibsə, deməli, bu komandaya layiq deyil. Qayıdıb üzr istəsə də, yenə də bağışlanmayacaq.
 
- Niyə çempion olmaq yox, yaxşı yerlərdən birini tutmaq istəyirsiz?
- Eyni şeydir, mən komandama da deyirəm ki, niyə çempionluğa oynamayaq? Bütün oyunlara yüksək motivasiya ilə çıxsaq, döyüşsək, niyə də olmasın?
 
- Oyundan əvvəl komandaya hansı sözləri dediz? 
- O, mənə aid olan sözlərdir. Buna görə də bunu burda açıqlamayacam.
 
- Düşünmürsüz ki, bu mövsüm çempionluğa oynamaq üçün ən yaxşı imkan var?
- Hələ iki tur keçib. Bu dəqiqə kimisə sona salıb, kimisə də çempion etmək düzgün deyil.
 
- Ehtiyat oyunçular skamyanızda yaşlı futbolçular var. Onları sizin köməkçiləriniz kimi düşünmək olar?
- Mən də 35 yaşımda futbolu bitirmişəm. Təcrübəli futbolçular hər zaman məşqçiyə dayaqdır, eləcə də gənc futbolçulara.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X