15:26 14.09.2020 1148

"Premyer Liqa üçün yeni format fikirləşmişik" - Ramin Musayev

Növbəti dəfə Peşəkar Futbol Liqasının (PFL) prezidenti seçilən Ramin Musayev "Report"un suallarını cavablandırıb.
 
2008-ci ildən bu postu tutan R.Musayev təəssüratlarını və qarşıdakı 4 il üçün hədəflərini açıqlayıb... 

- İş elədir ki, heç vaxt bitmir. İşini sevirsənsə, ondan yaxşı nəticələr əldə etməyə çalışmalısan. Əvvəllər klubda çalışmışam. Komandaların yaşadığı problemlərlə yenidən üzləşməməsi üçün çalışırıq. Məsələn, "Qarabağ" və "Zirə" 2018/2019 mövsümündə limiti pozduqları üçün texniki məğlubiyyət almışdılar. Cari çempionatda isə artıq bu, mümkün deyil. Klubun nümayəndəsi səhvə yol versə belə, limiti poza bilməz. Çünki yeni sistem buna mane olur. Çalışırıq ki, komandalarımız problem yaşamasınlar.

- İclasda iştirak edənlər yekdilliklə sizə səs veriblər. Görünür, Ramin Musayevin fəaliyyətindən razıdırlar...
- Yəqin, razıdırlar ki, səs veriblər (gülür - E.S.). Çox sağ olsunlar. Növbəti 4 ildə də onların etimadını doğrultmağa çalışacağıq.

- "Sumqayıt" klubunun rəhbərliyi iclasda niyə iştirak etməyib?
- Klub prezidenti Riad Rəfiyev iclasdan 1,5 saat əvvəl zəng vurub üzrxahlığını bildirdi ki, xəstədir. Telefonda səsindən də hiss olunurdu. Öz fikrini məktubla bizə bildirdi.

- Qarşıdakı 4 ildə PFL-dən hansı yenilikləri gözləmək olar?
- Müəyyənm planlarımız var. Bunu növbəti mövsüm üçün fikirləşmişik. Premyer Liqanın keçirilmə formatında yenilik etmək istəyirik. Amma məsələni əvvəlcə AFFA rəhbərliyi ilə müzakirə etməliyik. Daha sonra klubların rəhbərləri və baş məşqçilərin iştirakı ilə iclasımız olacaq, fikir mübadiləsi aparacağıq. Çempionatın daha maraqlı olması üçün bu layihəni həyata keçirməyə çalışacağıq.

- Hazırda çempionat 4 dövrəli keçirilir. Format dəyişikliyi bununla bağlı olacaq?
- Xeyr, 4 dövrə qüvvədə saxlanılacaq. Elə yeniliklər var ki, onları həyata keçirə bilsək, çempionat daha həyacanlı və baxımlı olacaq. Necə ki əvvəl 12 komanda var idi, çempionluq son saniyələrdə bəlli olurdu. Həmin intriqanı qaytarmaq, o dövrə qayıtmaq üçün yeni format fikirləşmişik. İnanıram ki, klublarımızın əksəriyyəti bunu bəyənəcək. Seçimi sırf komandaların ixtiyarına buraxacağıq. Düşünürəm ki, klubların 90 faizi bunu dəstəkləyəcəklər.

- Bəlkə pley-off sistemi tətbiq olunacaq?
- Gəlin, indi açıqlamayaq. Danışsaq, gərək hamısını deyim. Məndən söz oğurlamayın (gülür - E.S.). Hər şey vaxtında deyilməlidir. İşlədikcə peşəkarlaşma prosesi daha dərinliyə doğru gedir. İstəyirik ki, çalışdığımız qurum futbola daha böyük fayda versin.

- Bəzi yeniliklərin olacağını qeyd etdiniz. Amma sponsor məsələsinə toxunmadınız. Azərbaycan Premyer Liqası sponsorsuz keçirilir. Bu problem nə vaxt həllini tapacaq?
- Düşünürəm ki, yanvarda bu məsələ bərpa olunacaq.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

Facebookdan bizi izləməyi unutmayın.
X