Azərbaycan millisinin futbolçusu Araz Abdullayev özünə yeni komanda tapıb.
Fanat.Az "Ajanspor"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. İddiaya görə, oyunçu I liqada çıxış edən "Boluspor"la anlaşıb. O, aşağı dəstə təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Araz Abdullayevin son klubu "Qarabağ" olub. Futbolçu 2019/20 mövsümünün sonunda Ağdam təmsilçisindən ayrılıb. Millimizin üzvü əvvəllər Azərbaycanın "Neftçi", "Qəbələ", İngiltərənin "Everton" (debüt etməyib), Yunanıstanın "Panionios" və Cənubi Kiprin "Anortosis" klublarında çıxış edib..
Fanat.Az