"Sumqayıt”ın əvəzediciləri "Qarabağ-2" ilə yoxlama matçında qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, 2020/2021 mövsümü üçün hazırlıqlarını davam etdirən tərəflər "Kapital Bank Arena”da üz-üzə gəlib.
Matç Zaur Hidayətovun rəhbərlik etdiyi Sumqayıt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sumqayıt-2”-nin qollarını Tahir Zeynalov və Pərvin Kərimli rəqib qapısından keçirib.
Fanat.Az