2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, 2017/18 mövsümündə də Sumqayıt təmsilçisinin şərəfini qorumuş yarımmüdafiəçi Cavid İmamverdiyevlə 1+1 illik müqavilə imzalanıb. İmamverdiyev "kimyaçılar"ın sıralarında "22” nömrəli formada çıxış edəcək.
Cavid İmamverdiyev 2017/18 mövsümündə komandamızın uğurları çalışıb. Həmin mövsümün bütün oyunlarında iştirak edən yarımmüdafiəçi (28 oyun, 2350 dəq.) 6 dəfə rəqib qapılarına yol tapıb.
Onu da bildirək ki, Cavid "Keşlə”, "Sabah”, "Neftçi”, "Karvan” və "Elazığspor” klublarında çıxış edib. İmamverdiyev U-21 (16 oyun, 3 qol) və A millimizin də (11 oyun, 1 qol) formasını geyinib.
Fanat.Az