16:50 23.09.2020 3343

Bakıda "Qalatasaray"ı erməni musiqisi ilə qarşılayan kimdir: "Neftçi", yoxsa BOS?

Xəbər verdiyimiz kimi, Avropa Liqasının II mərhələsində keçirilən "Neftçi" - "Qalatasaray" oyunundan əvvəl komandalar isinmə hərəkətləri edərkən xoşagəlməz hadisə baş verib. Belə ki, matçın keçirildiyi Bakı Olimpiya Stadionunda erməni musiqisi səsləndirilib. 

Həmin musiqi Azərbaycanda Fikrət Əmirovun əsəri kimi təqdim olunsa da, əslində bu mahnının erməni bəstəkarının əsəri olduğu məlum olub. (Daha ətraflı linkdə: https://fanat.az/az/neftci-qalatasaray-oyununda-texribat/)
 
Əvvəlki yazımızda "Neftçi" tərəfinin məsələyə münasibətini öyrənmişdik. Klubun mətbuat katibi Rüstəm Allahverdiyev "Stadionda səslənən "playlist"i biz verməmişik. "Neftçi" yalnız komandalar çıxanda hansı musiqi verilməlidir, onu stadiona təqdim edib. Mən onu heç eşitməmişəm. Bizim uşaqların da xəbəri yoxdur. Çünki hamı iş başında idi", deyə bildirərək məsuliyyətin BOS işçilərində olduğuna eyham vurmuşdu.

Bu səbəbdən Bakı Olimpiya Stadionunun mətbuat xidmətinə müraciət edib və erməni musiqisini "playlist"ə kimin əlavə etdiyini araşdırmağa çalışdıq. Lakin stadion rəsmisi Fərid Əsədzadə Fanat.Az-a açıqlamasında görüşdən əvvəl stadionda səslənən musiqilərin klub tərəfindən təqdim olunduğunu vurğuladı: 

"Oyun zamanı və oyundan öncəki hazırlıq mərhələlərində səslənən musiqilər təşkilatçılar tərəfindən bizə təqdim olunur. Həmin gün səslənən musiqilər də eyni ilə stadion tərəfindən deyil, təşkilatçı tərəfindən təqdim olunub. Lakin burada təxribatdan söhbət belə gedə bilməz. Səslənən musiqilər Azərbaycan bəstəkarlarına və ya xalq mahnıları janrına aid musiqilər olub. İki klubun və hər iki ölkənin futbol federasiyalarının bir-birinə qardaşlıq və dostluq mesajları yayımladığı oyunun belə məsələ ilə kölgə altına salınması düzgün deyil. Müharibə şəraitində belə fikir səsləndirmək yalnız düşmənlərimizi sevindirə bilər".

Stadionda səslənən musiqinin qeyd olunduğu kimi Azərbaycan xalq mahnısı, iddia edilidiyi kimi Fikrət Əmirovun "Qarabağ mirvarisi” və ya "Qarabağ incisi" adlı əsərin olub-olmadığını dəqiqləşdirmək üçün Azərbaycan Milli Konservatoriyası ilə əlaqə yaratmağa çalışdıq. Konservatoriyanın sabiq prorektoru, əməkdar incəsənət xadimi, professor Akif Quliyevə vəziyyəti izah etdik. O isə stadionda səslənən musiqinin videosunu yollamağımızı rica etdi. Sözügedən videoları Akif bəyə yolladıq, lakin sonradan onunla əlaqə yaradıb sualımıza cavab ala bilmədik. Belə ki, zənglərimiz və mesajlarımız cavabsız qaldı. Əslində bu susqunluğun altında hansı cavabın gizləndiyi aydın məsələdir. 

Sonda Fikrət Əmirovun oğlu Cəmil bəy ilə əlaqə saxlaya bildik. Onun isə cavabı qısa oldu: 

"Atamın belə əsəri yoxdur. Bu, erməni mahnısıdır. Atam belə əsər yazmayıb. Təxribatdır". 

Qeyd edək ki, "Neftçi" və BOS tərəfi bu mahnının "pleylist"ə kimin əlavə etdiyini açıqlamır ya da bilmir. Çünki ortada böyük bir boşluq var.  Hər iki tərəf günahı digərinin üzərinə atır. Şübhəmizdə nə qədər haqlı olduğumuzu bir daha sübut etmiş oluruq. Amma təəssüflə qeyd  etmək istəyirik ki, həm "Neftçi" tərəfi, həm də Bakı Olimpiya Stadionunun rəhbərliyi nədənsə bu məsələnin tezliklə gündəmdən düşməsinə, olayın ört-bastır olmasına çalışır. Məhz bu səbəbdən bu olayın səhv ya da təxribat olduğunu dəqiqləşdirmək üçün hüquq-mühafizə orqanlarının bu məsələyə diqqət ayırmasını xahiş edirik.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
16:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X