AFFA Azərbaycan Premyer Liqasının oyunlarına azarkeşlərin buraxılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcək.
Fanat.Az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün keçirilən 2021/2022 mövsümünün püşkatma mərasimində deyib:
"AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov avrokubok oyunları üçün Operativ Qərargaha müraciət edib. 50 faiz tamaşaçı buraxılmasına razılıq əldə olunub. Bu məsələ bizim çempionatın startına bir həftə qalmışadək bəlli olacaq. Operativ Qərargaha müraciət edəcəyik. Yoluxma sayı artmasa, düşünürəm ki, razılıq verilər”.
Qeyd edək ki, Premyer Liqada növbəti mövsüm avqustun 14-də start götürəcək.
Mirağa