21:45 25.09.2020 913

Qurban Qurbanov: "Oyunun gedişatına baxsaq, nəticədən razıyam"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında matçı dəyərləndirib:
 
- Yaxşı və maraqlı oyun oldu. Məğlub olacaqdıqsa da, istəmirdik oyun bitsin. Son saniyələrdə hesabı bərabərləşdirib, bir xal qazandıq. Çempionatın asan olmayacağını ilk turdan hiss etmişdik. Sona kimi mübarizə aparmağımız məni qane etdi. Oktyabrın 1-də "Legiya" ilə vacib oyuna çıxacağıq.
 
- Heç-heçə sizi qane etdi?
- Gedişata görə, bəli. 2-3 dəqiqənin içində 2 qol buraxdıq. Hər qazanılan xaldan razı qalmışam.
 
- Buraxılan hər iki qol cinahdan gələn topdan sonra oldu. "Legiya" da belə oyun tərziylə çıxış edir və cinahdan təhlükəli hücumlar edir. 
- Demək olar ki, əks-hücumlardan qol buraxdıq. "Sumqayıt"ın oyun tərzi də elədir ki, ümumilikdə cinahlardan oynayırlar. Hər şey zərgər dəqiqliyi ilə yerinə yetirildi. "Legiya"nın oyununu hələ tam təhlil etməmişəm. Məşqçiləri dəyişib və fərqli fəlsəfələri var. Həddən artıq aqressiv komandadır. Topu özümüzdə saxlamalıyıq ki, hücumlarının kəsərini azaldaq.
 
- Musa Qurbanlının oyuna daxil olmasını əvvəlcədən planlaşdırmışdız? 
- Xeyr, əvvəlcədən planda yox idi. Oyunun gedişatını bilmirdik. Musanı oyunun gedişatına görə meydana buraxdım.
 
- Zədəlilərin durumu nə yerdədir?
- Sual altındadır, tam bilinmir. Romero hələ komandaya tam qoşulmayıb. İki günə tam qoşulacaq. Onun "Legiya" ilə oyun üçün 90 dəqiqə hazır olacağını düşünmürəm. Zubir və Mahirin durumu ondan bir az yaxşıdır. Ümumilikdə isə heç biri tam hazır olmayacaq.
 
- Komanda artıq 4 oyundur qələbə qazana bilmir. Bu, bir enişdir?
- Belə seriyanı hamımız eniş adlandırırıq. Desəm ki, rəqiblər bizi tam üstələyir, yalan demiş olaram. Avroliqa oyunları da olanda, çempionata tam hazırlaşmaq asan olmur. Komanda sona kimi mübarizə apara bildi, sadəcə, belə komandalara qarşı sürəti aşağı salmayasan. Çempionat yeni başlayıb, heç də asan olmayacaq.
 
- Uroş Matiçin oyunu sizi qane edir?
- Maksimum çalışır ki, verilən tapşırıqları yerinə yetirsin. Onun komandaya uyğunlaşması üçün vaxt lazımdır. Oyunundan razıyam. Hamımız istəyirik ki, hücumda daha aktiv olsun. Çempionatda rəqiblər bizimlə oyunda daha çox müdafiə olunur. Belə hallarda ustalıq səviyyəsi yuxarı olan futbolçulara daha çox ehtiyac yaranır. Hücum xəttimizdə olan itkilər bizə bir az problem yaradır.
 
- Yeni futbolçu transferi ola bilər?
- Xeyr, düşünmürəm. Alınma ehtimalı çox azdır.
 
- Son 7 ildə "Qarabağ"ın mövsümə belə zəif başlaması yadıma gəlmir. Belə bir situasiyanı nəylə bağlayırsız?
- Nüanslar çoxdur, yəni, əvvəlcə elə pandemiyadan başlamaq lazımdır. Komandada həddindən artıq çox dəyişiklik oldu. Düzdür, vaxtilə 2-ci heyətlə də çempionatda qələbə qazanmışıq. Amma son zamanlarda bizim 2-ci heyətimiz də əsas heyətlə eyni səviyyədə olurdu. Hər il eyni səviyyədə mövsümə başlamaq çətindir. Nə vaxtsa problemlərimiz olmalıdır və bunu böyük klublarda da görürük. Biz yenə də çalışırıq ki, səviyyəmizi qoruyaq. Çempionatdakı komandalar da artıq bir-birini yaxşı tanıyır. Çalışırıq ki, işimizi düzgün və səbrlə edək. Ola bilər ki, nəticə olmasın, hər şey ola bilər. Amma əsas olan nəticənin necə olacağıdır.
 
- İsmayıl İbrahimli oyuna sanki yaxşı başlamadı...
- Xeyr, belə düşünmürəm. Bu oyuna çıxmaq İsmayıl üçün elə də asan deyildi.
 
- İstədiyiniz futbolçuları gətirə bilmədiyiniz üçün heyədə problemlər yaranıb?
- Fərqli fikirlər söyləyə bilərəm. Biz sponsorlarımızı, klubu da nəzərə almalıyıq. Sabah necə olacaq bilmirik - çempionat dayanacaqmı, davam edəcəkmi? Risklər böyükdür, bizim 3-4 perspektivli futbolçumuz var, onlara da şans vermək istəyirik. Onların təcrübələrinin artması mənim üçün çox vacibdir. Məncə, yaxşı komandamız var və yaxşı nəticə əldə edə bilərik. Sadəcə, hələ istədiyimiz idman formasında deyilik.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X