"Səbail" klubunun sabiq futbolçusu Maykl Essyen cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub.
Fanat.Az xəbər verir ki, o, bu barədə "Instagram" hesabından paylaşım edib.
Hazırda Danimarkanın "Norşellan" klubunda məşqçi kimi çalışan sabiq yarımmüdafiəçi "Pray for Azerbaijan" ("Dualarım Azərbaycan üçündür"), "Karabakh is Azerbaijan" ("Qarabağ" - Azərbaycandır") yazılan Azərbaycan bayrağını paylaşıb.
Qeyd edək ki, Maykl Esyen "Səbail"də 2019-cu ilin martından çıxış edib. O, 2019/2020 mövsümünün sonunda komandadan ayrılıb.
Fanat.Az