10:11 30.09.2020 817

Elxan Məmmədov ermənilərin futbolla bağlı təxribatlarından danışdı

"Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri - 13 yaşlı Şəhriyar Qurbanovdur. Əməkdaşlarımız bu oğlanı tanıdılar, AFFA-nın bazasında apardıqları axtarışdan sonra əmin oldular ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov müxtəlif yaş qrupları üzrə UGİM (Naftalan) klubunda çıxış edib. Təəssüf ki, biz həyatı yenicə başlayan 13 yaşlı yeniyetməni itirdik”.

Fanat.Az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Milli assosiasiya rəsmisi futbol ailəsinin üzvünü itirdiklərini bildirib: "Biz müvafiq olaraq, FİFA və UEFA-nı məlumatlandırdıq. Çünki Azərbaycan futbol ailəsinin üzvü həm də Avropa və dünya futbol ailəsinin üzvüdür. Borcumuz hamımızı sarsıdan faciəvi itkidən yuxarı orqanları, indiki halda, FIFA və UEFA-nı məlumatlandırmaq idi. Bu, bir daha dünyaya sübut edir ki, təcavüzkar Azərbaycan ərazisində dinc sakinlərə hücum edir”.

İcraçı vitse-prezident Ermənistan Futbol Fedrasiyasının (EFF) bəyanatını absurd və alçaldıcı adlandırıb. EFF-nin AFFA rəsmilərinin açıqlamaları ilə bağlı şikayətlərinə gəldikdə, o, hər bir ölkə vətəndaşın Azərbaycan bayrağının işğal olunmuş 7 rayon və Dağlıq Qarabağda sanğılacağı günü səbirsizliklə gözlədiyini vurğulayıb. 

E.Məmmədov bildirib ki, hazırda EFF-ni başqa bir məsələ də narahat edir: "İki həftə əvvəl biz UEFA-ya "Lernain Artsax” klubu ilə bağlı sorğu göndərmişik. Bizdə olan məlumata görə, bu klub əvvəlcə Xankəndidə qeydiyyatdan keçib və deməli, yalnız Azərbaycan çempionatında çıxış edə bilər. Lakin "Lernain Artsax” qeydiyyata alındıqdan sonra əvvəlcə tanınmamış Dağlıq Qarabağ Resublikaının çempionatında, daha sonra Ermənistan çempionatında mübarizəyə qoşulub. Onların bu çempionatda iştirak etmələri üçün hüquqi cəhətdən heç bir hüququ yoxdur. Üstəlik, klub öncə qeydiyyatdan qanunsuz keçib. UEFA-dan bu işi araşdırmağı və klubun nə qədər legitim olduğuna dair informasiya verməyi xahiş etmişik”.

AFFA rəsmisi Avropa Liqasının pley-off mərhələsində "Legiya” və "Qarabağ” arasında Polşada keçiriləcək oyunla bağlı UEFA-ya müraciət etdiklərini də xatırladıb: "AFFA UEFA-ya müraciət edərək bu matçla bağlı əlavə təhlükəsizlik tədbirlərinin görülməsini istədi. Qitə futbol qurumu operativ reaksiya verərək, oyuna təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin etdi. Əlbəttə, Ermənistan vətəndaşlarının əvvəlki təxribatları da nəzərə alındı. Təbii ki, biz Avropa Liqasında ötən mövsüm Lüksemburqda keçirilmiş "Düdelanj” - "Qarabağ” oyununda yaşananları unutmamışıq. Həmin vaxt ermənilər stadion üzərində dron qaldıraraq onu komandamıza tərəf yönləndirmişdilər. Xoşbəxtlikdən, heç kim xəsarət almamışdı. Həmin vaxt UEFA nümayəndələri oyunu dayandırmış, 20 dəqiqədən sonra davam etdirmişdilər. Bu faktları nəzərə alaraq, UEFA təhlükəsizlik üzrə əlavə nümayəndə təyin edib. Biz həmçinin, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması üçün Polşa Futbol Federasiyasına da müraciət etmişik”. 
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

Facebookdan bizi izləməyi unutmayın.
X