"Səbail" klubu futbolçusu Mabidi Çikito Lema ilə yolları ayırıb.
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Konqo Demokratik Respublikasından olan oyunçuya azad agent statusu verilib.
Qeyd edək ki, Mabidi Çikito Lema "Səbail"ə fevralın 12-də keçmişdi.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol