"Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçu fonda 10 min manat köçürüb.
Qeyd edək ki, daha əvvəl "Zirə”nin baş məşqçisi Rəşad Sadıqov fonda 50 min, millimizin və "Qarabağ"ın kapitanı Maksim Medvedev isə 10 min manat yardım edib.
Fanat.Az