17:56 18.10.2020 1115

"Sumqayıt" və "Neftçi"dən qələbə

Bu gün Azərbaycan Premyer Liqasında VI turun son iki oyunu keçirilib.
 
Fanat.Az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edib. 
 
Görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 29-cu dəqiqədə Namiq Ələsgərov komandasına qələbə qazandıran qola imza atıb. 75-ci dəqiqədə "Neftçi" azlıqda qalıb. Mamadu Kane ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

6 oyundan 10 xal toplayan "ağ-qaralar" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Masazır təmsilçisi isə 6 xalla 6-cı sıradadır. İndiyədək ölkə çempionatında rəqibi ilə 8 dəfə üz-üzə gələn flaqman məğlub olmayıb. 7 görüşdə qalib gələn "Neftçi" yalnız 1 matçda heç-heçə edib. Topların nisbəti də meydan sahiblərinin xeyirinədir - 17:2. Əvvəlki oyunlarda ən azı 2 qol vurulub. "Neftçi” heç bir qarşılaşmada meydanı qolsuz və xalsız tərk etməyib.

Turun sonuncu görüşündə isə "Sumqayıt" "Zirə" ilə qarşılaşıb. Görüş Sumqayıt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Xal sayını 11-ə çatdıran "Sumqayıt" turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Zirə" isə 10 xalla ikinci sırada qərarlaşıb.
 
Çempionatda 20 dəfə qarşılaşan komandaların duelində meydan sahibləri 6, qonaqlar isə 10 qələbə qazanıblar. 4 matçda isə qalib müəyyənləşməyib. "Qartallar"ın vurduğu 27 qola "gənclik şəhəri" təmsilçisi 19 topla cavab verib. "Zirə" ardıcıl 6 oyunda meydanı qolsuz tərk etməyib. "Sumqayıt"ın son 6 ev görüşündə heç-heçə qeydə alınmayıb.
 
Qeyd edək ki, dünən baş tutan oyunlarda "Səbail" evdə "Keşlə" ilə heç-heçəyə razılaşıb - 1:1. "Qarabağ" isə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.

Premyer Liqa
2020/21 mövsümü
I dövrə, VI tur

18 oktyabr
Neftçi - Sabah 1:0
Qol: Namiq Ələsgərov, 25.
Qırmızı vərəqə: Mamadu Kane, 75.
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 26. Ömər Buludov, 20. Mert Çelik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 10. Saman Nərimancahan, 17. Bruno Teluşi, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Füzuli Məmmədov.
Sabah: 1. Saşa Stamenkoviç (k), 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 30. Mario Marina, 18. Xulio Sezar Rodriqez, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev.
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 23. Amadu Diallo, 3. Ulise Diallo, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 60. Abbas Ağazadə.
Baş məşqçi: Visente Qomez.
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Bakcell Arena".

Sumqayıt - Zirə 2:1
Qollar: Rəhim Sadıxov, 35-pen. Tellur Mütəllimov, 59 - David Volkov, 40.
Qırmızı vərəqə: Kərim Diniyev, 90+3.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 21. Adəm Həmati, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 15. Hüseyn Cəfərov, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 32. Qismət Alıyev, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 10. Ağabala Ramazanov, 5. Kərim Diniyev, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
"Kapital Bank Arena".
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Sumqayıt

6

3

2

1

9:6

11

2

Zirə

6

3

1

2

8:8

10

3

Neftçi

6

3

1

2

6:6

10

4

Keşlə

6

2

3

1

6:4

9

5

Qarabağ

5

2

2

1

8:4

8

6

Sabah

6

2

0

4

6:7

6

7

Səbail

5

1

1

3

6:8

4

8

Qəbələ

6

0

4

2

3:9

4

Bombardirlər

Əli Qurbani (Sumqayıt) - 5. Namiq Ələsgərov (Neftçi), Davit Volkov (Zirə) - 4. Mahir Emreli (Qarabağ), Ovusu Kvabena (Qarabağ), Ramil Şeydayev (Sabah), Rauf Əliyev (Səbail), Klesio Bauk (Zirə), Silvio Rodriges (Keşlə) - 2.


Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X