18:30 18.10.2020 984

Ayxan Abbasov: "Bu gün futbol bizim üçün ikinci plandadır"

"Döyüş bölgəsində olan əsgərlərimizə uğurlar arzu edirik. Həqiqətən də bu gün futbol bizim üçün ikinci plandadır. Son günlərdə baş verən Gəncə hadisəsi də bizi çox üzdü. Komandamı bu hadisələrin fonunda oyuna hazırlamaq çətin idi".

Fanat.Az xəbər verir ki, bunu "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov evdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis yaxşı oyunla qələbə qazandıqlarını bildirib: "Rəqib haqda ətraflı məlumata malik idik, son iki oyunda qələbə qazanmışdılar. Əzmkar komandadırlar və 10 xalı təsadüfən yığmayıblar. Süleyman Əhmədovun zədələnməyi bizə təsir etmişdi. Maksimum çalışdıq ki, yaxşı oynayaq, qələbə qazanaq. Yolumuza davam edəcəyik".

Abbasov komandasının liderliyə yüksəlməsindən çox mübarizliyindən məmnun qaldığını vurğulayıb: "Arxayınlıq hər bir kəsdə ola bilər. Hər həftə bu haqda danışırıq. Qarşımıza məqsəd qoymuşuq ki, turnir cədvəlinə baxmayaq. Turnir cədvəlinə aldanıb, fikrimiz başqa yerlərə gedə bilər. Hələ heç nə etməmişik, qarşıda bizi çətin oyunlar gözləyir. Bizə inam az idi, ancaq məqsədimiz mübariz komanda yaratmaq idi. Bu gün də futbolçuların mübarizəsi bizi sevindirir. Onlar da bunu dərk edir və düşünürəm ki, bu, bizə problem olmayacaq".

Baş məşqçi sonadək mübarizə aparmalarından da razılıq ifadə edib: "Biz bir çox oyunlarda son dəqiqələrdə qol buraxırdıq. Ən əsas sevindirən o idi ki, futbolçular sona qədər mübarizə apardı. Rəqibin təzyiqindən sonra çalışdıq nələrisə dəyişək". (Report.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
13:24

Kriştianu Ronaldunun karyerasını nə vaxt bitirəcəyi açıqlandı

13:06

"O, Almaniya tarixinin ən yaxşı futbolçusudur" - Yürgen Klopp

12:49

Azərbaycan gimnastlarından Avropa kubokunda 5 medal qazandılar

12:31

Mahir Emreli Almaniyada rəmzi komandaya düşdü - FOTO

12:13

Niderlandlı yarımmüdafiəçisi "Mançester Siti" və "Real" arasında seçimini etdi

11:55

"Qarabağ" 32 komandaya bu aqibəti yaşadıb

11:38

"Barselona" üçün necə oyunçular transfer etməli olduğumuzu bilirəm" - Hans-Diter Flik

11:19

Gənclər Liqası: Lider də böyük hesabla qalib gəldi, ən yaxın izləyicisi də

11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

09:48

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

Facebookdan bizi izləməyi unutmayın.
X